PRAQMATİZM

Praqmatizm XIX əsrin 70-ci illərində Amerika Birləşmiş Ştatlarında meydana gəlmiş və XX əsrin əvvəllərində bir sıra Avropa ölkələrində, ilk növbədə, İngiltərədə geniş yayılmışdır. Onun ABŞ-dakı nümayəndələrindən Uilyam Cemsin, Çariz Sanders Pirsin, Con Düinin, İngiltərədə Ferdinand Şillerin və başqalarının adlarını çəkmək olar. Praqmatizmin instrumen- talizm, humanizm adlanan qolları da vardır.

XIX əsrin axırlarında Amerika kolleclərində hakim olan bəhrəsiz fəlsəfi ənənələrə və Avropada çiçəklənən metafizik təlimlərə qarşı etiraz forması kimi yaranmışdı. O, özündən əvvəlki fəlsəfəni, həmçinin ingilis-amerikan universitetlərində üstünlük təşkil edən F.Bredli-Con Roys fəlsəfəsini həyatdan təcrid olmaqda, mücərrədlik və seyrçilikdə ittiham edirdi. Praqmatizm “fəlsəfədə yenidənqurma” proqramını irəli sürmüşdü.

Onun nümayəndələri deyirdilər ki, fəlsəfə Aristotelin dövründə olduğu kimi, varlığın və idrakın ilkin başlanğıcı barədə düşüncələrlə deyil, müxtəlif həyati durumlarda, əməli fəaliyyətləri zamanı insanlar qarşısında meydana çıxan problemləri həll etmək üçün ümumi bir üsul işləyib hazırlamalıdır. Onlar sübut etməyə çalışırdılar ki, köhnə fəlsəfi cərəyanlardan fərqli olaraq praqmatizm intellektual vəzifələrin həllinə və bəşəriyyətin sonrakı tərəqqisinə böyük təsir göstərəcəkdir.

loading...

Belə bir əhval-ruhiyyə ilə XIX əsrin ortalarında mütərəqqi Avropa fəlsəfi fikrinin təsiri altında Amerikada fəlsəfi intibahın əlamətləri meydana çıxmağa başladı. Həmin intibah artıq etibardan düşmüş mücərrəd akademik düşüncələrdən və Avropa ənənələrindən imtina ilə səciyyələnirdi. Yeni elmi nəzəriyyələrin, ələlxüsus, təkamül nəzəriyyəsinin təsiri altında olan Hege- lin davamçıları — alman köçkünləri (1848-ci il inqilabının məğlubiyyətindən sonra qaçanlar) bu prosesə əhəmiyyətli təkan verdilər.

Sent-Lunsdan olan hegelçilər kimi tanınan bu adamlar “Nəzəri fəlsəfə jumal”ı adlanan ilk amerikan fəlsəfi jurnalını təsis etdilər. Bu jurnal o dövrün Avropa filosoflarının əsərlərinin tərcümələrilə yanaşı, Amerika mütəfəkkirlərinin əsərlərini də çap edir və bununla da yeni baxışların tərəqqisinə geniş imkanlar yaradırdı. Praqmatizmin əsas prinsiplərini ilk dəfə Çariz Sanders Pirs (1839-1914) formalaşdıraraq belə bir müddəa irəli sürmüşdür: mövcud olmaq — fayda vermək deməkdir.

Praqmatizm fəlsəfəni həyatla əlaqələndirmək, onu insan problemlərinin həlli üsulu kimi anlamaq istəyir, insanı isə gerçəkliyi öz məqsədləri, istəkləri, tələbatlarına müvafiq olaraq fəal surətdə formalaşdıran varlıq kimi qavramaq şüarı ilə çıxış edirdi. Praqmatizmin əsasını qoyanlardan biri Cems idi.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...