PİVƏ HAQQINDA

PivəFakta görə ən təhlükəli alkoqol olmasına görə deyil həm də hormonal sistemin ən təhlükəli pozucususudur. Bunda səbəbkar pivənin komponentlərindən biridir.

Mayaotu  adlanan bu bitki pivəyə spesifik acı dad verir. Ən maraqlısı odur ki, mayaotunda fitoestrogen var. Fitoestrogen qadın cinsiyyət hormonu estrogenin bitki mənşəli analoqudur. Sutka ərzində normal qadın orqanizmində 0.3 mg estrogen istehsal olunur. Bu təxminən qənd parçasının yarısı qədər edir.

Bu miqdar estrogen qadının qadın kimi qalması üçün kifayətdir. Bir litr pivədə isə bu fitoestrogen miqdarı 100 dəfə çox təxminən 36 milliqramdır. Bu hormon miqdarının artıqlığından qadında ağır endokrin dəyişikliklər: üzdə tüklərin çıxması, piylənmə, səsin kobudlaşması yaranır.

loading...

Nə qədər tez qadın pivə içməyə başlıyırsa bir o qədər onun sağlam övlad dünyaya gətirmək şansı azalır. Kişilərdə  isə pivədəki fitoestrogen kişi cinsi hormonu testosteronun yaranması mexanizminə təsir edib ləngidir.

Mexanizm belədir: beyində hipotalamus qonadotropin rilizing hormon və ya qonadoliberin istehsal edir. Bu hormon hər 60-90-cı dəqiqədə istehsal olunur. Bu da öz növbəsində adenohipofizdə lüteinləşdirici hormon istehsal edir.

Lüteinləşdirici hormon xayalarda  leydiq hüceyrələrində eyni adlı reseptorlarla birləşir. Sonra xolesterolu preqninalona çevirən reaksiyalar zəncirinə start verilir. Sonra isə perqninalon kişi cinsi hormonu testosterona transformasiya edir. Testosteron hədəf hüceyrələrə təsir etmək üçün qan dövranına keçir.

Normada qaraciyərdə, əzələlərdə hətta piy hüceyrələrində belə testosteron androgen reseptorları ilə reaksiyaya girərək öz bioloji təsirlərini göstərir. Dəri, saç, prostat vəz və xayalarda testosteron xüsusi ferment olan 5 alfa reduktaza fermentinin təsirindən  dihidrotestosterona çevrilərək androgen reseptorları ilə əlaqəyə girir.

Sümükdə və beyində aromataza fermentinin təsirindən testosteron estradiola yəni qadın cinsiyyət hormonuna keçir. O isə estrogen reseptorları ilə reaksiyaya girdikdən sonra bioloji təsirini göstərir.

Mütəmadi pivə işən kişilərdə testosteron əvəzinə qadın cinsiyyət hormonları dominantlıq etməyə başlayır. Pivə həvəskarlarında zamanla qarın çıxır.

Sağlamlıq üçün çox təhlükəli olan visseral piylənmə inkişaf edir. Süd vəzləri çıxır, qadına qarşı həvəs ölür, cinsi zəiflik inkişaf edir. Qadın tipli sarğı və budlarda piy depolanır, əzələ kütləsi isə piylə əvəz olunur.

Dr. Rauf Kazımov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...