OSTEOXONDROZ – DÖVRÜMÜZÜN ƏN YAYILMIŞ XƏSTƏLİKLƏRİNDƏN

El arasında duzlaşma adlanan osteoxondroza beldə, boyunda, sinədə, dabanda, ümumiyyətlə, bütün oynaqlarda rast gəlinir. Osteoxondroz onurğanın, xüsusilə fəqərəarası disklərin prosesə cəlb olunması ilə başlayan distrofik-degenerativ xəstəlikdir.

Yəni bu zaman fəqərəarası disklərin qidalanması və strukturu pozulur. Bu, həm də orqanizmdə maddələr mübadiləsinin pozğunluğu deməkdir.

Onurğaya və oynaqlara düşən ağırlığın qeyri bərabər paylanması və oturaq həyat tərzi səbəbindən osteoxondroz yarana bilər. Nəticədə, onurğanın boyun, bel, döş hissələrində şiddətli ağrılar, keyimə, hərəkət məhdudiyyəti, oynaqlarda xırtıltı və s. yaranır.

loading...

Osteoxondrozun birdəfəlik müalicəsi yoxdur. Aparılan müalicələr sadəcə, xəstəliyin daha da irəliləməsinin qarşısını alır. Xəstəlik zamanı ilk növbədə həkim məsləhəti ilə dərman vasitəsilə müalicə aparılır. Dərman müalicəsi ilə paralel masaj və fizioterapiya çox önəmlidir. Bu xəstəlik zamanı cərrahi müdaxilə ən son çarədir. Osteoxondrozun növündən asılı olaraq müalicəsi fərqlidir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...