NEYROSONOQRAFİYA

Pediatr körpanizə baş-beyinin USM (neyrosonoqrafiya) təyin edibsə , sizdə 2 sual yaranır. Nəyə görə və bu ziyan deyilmi?

Ultrasəs dalğaları yüksək tezlikli, mexaniki dalğalardir, heç bir şüalanma olmadığına görə pasient üçün tam təhlükəsizdir. USM-in toxumalara göstərdiyi yeganə təsir istilik effektidir. Buna görə də, uşaqlarda beynin USM-i 10 dəqiqədən artıq olunmamalıdır. Körpa prosedura zamanı heçnə hiss etmir, əgər yatıbsa oyanmır.

Bəs neyrosonoqrafiya nə üçün olunur?

loading...

Körpə 9 ay ana bətnində, doğuş zamanı və doğuşdan sonra müxtəlif, böyük adama heç bir təsir göstərməyən bir çox faktorların təsirinə məruz qalır. Infeksiyalar, dərmanlar, müxtəlif travmalar və s. inkişaf edən orqanizmə ciddi zərər verə bilər, və əlbəttə ki, ən incə və ən mürəkkəb struktur olan beyin xüsusi ilə belə təsirlərə çox həssas olur.

Körpələrdə kəllə sümüklərinin hələ birləşmədiyi bir hissə – böyük əmgək adlanan diaqnostik pəncərə mövcuddur. Bu əmgək uşaqlarda 1 yaşa qədər qalır, körpə böyüdükcə tədricən bağlanır.

Beləliklə, körpənin 1 yaşına qədər həkimlər beyində olan prosesləri müayinə edərək hər hansı bir nasazlığı vaxtında aşkar edə bilərlər.

Dr. Elvira Tağıyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...