NANƏ YARPAĞI

Əsasən ürəkbulanma və köp zamanı istifadə olunan nanə yarpağı bir sıra digər sağlamlıq problemlərinə də çarədir. Gəlin onlarla tanış olaq.

Ödqovucudur, bununla da həzmə – xüsusən də, yağlı qidaların parçalanmasına kömək edir.

Nanə yarpağı sinir sistemini sakitləşdirir.

loading...

Qan təzyiqini aşağı salır.

Mədə-bağırsaq spazm və sancılarını aradan qaldırır.

Qadınlarda menstruasiya ağrılarını yüngülləşdirir.

Tərkibindəki mentol mədənin yuxarı hissəsi və qida borusundakı əzələləri boşaldaraq mədədəki qazın xaric olmasına kömək edir.

Təzə nanə estrogen hormonunun miqdarını artırır.

“Phytotherapy Resarch” aylıq elmi jurnalında yayınlanmış araşdırmaya görə nanə çayının davamlı istifadəsi qadınlarda hormonal mənşəli tüklərin tökülməsinə səbəb olur. Belə ki, tüklənmənin səbəbi testosteron hormonunun normadan artıqlığı yaxud estrogen hormonunun azlığıdırsa, nanədən istifadə etmək olar.

Əks göstərişlər:

Uzun müddət istifadə.

Kəskin qastrit və xora.

Reflüks.

Qaraciyər çatışmazlığı və sirroz.

İnterferon müalicəsi zamanı.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...