NƏBZ – SAĞLAMLIĞININ ƏSAS GÖSTƏRİCİLƏRDƏN BİRİ

Doğulduqdan dərhal sonra – dəqiqədə təxminən 140 vurğu

1 yaşına kimi – dəqiqədə təxminən 130 vurğu

1 yaşdan-2 yaşa qədər- dəqiqədə təxminən 100 vurğu

loading...

3 yaşdan- 7 yaşa kimi – dəqiqədə təxminən 95 vurğu

8-14 yaşlar arası – dəqiqədə təxminən 80 vurğu

Böyüklərdə dəqiqədə təxminən 72 vurğu

Yaşlı insanlarda dəqiqədə təxminən 65 vurğu olur.

Bədənin hərarətinin artması, qəbul etdiyimiz qidalar, isti vanna, massaj, stress, fiziki və əqli fəaliyyət, qadınlarda menstrual dövrün müxtəlif fazaları nəbzin tezliyinin dəyişməsinə səbəb olur. Uzanmış vəziyyətdə nəbz daha asta, ayaq üstə olduqda isə daha tez vurur.

Nəbzin düzgün ölçülməsi 1 dəqiqə ərzində həyata keçirilməlidir. Bəzən nəbzi 15 və ya 30 saniyə ərzində saymaq daha sonra isə 4-ə və ya 2-yə vurmaq tövsiyə edirlər. Lakin bu düzgün deyil.

Hansı hallarda insan mütləq həkimə müraciət etmək lazımdır?

sakit vəziyyətdə nəbz 100 vurğudan artıq vurduqda;

nəbz 50 vurğudan az vurduqda;

nəbz çox zəif olduqda;

Nəbzin pozulma səbəbləri

ürəyin fəaliyyətinin pozulması,

ürəyin orqanik zədələnməsi,

qalxanvari vəzi xəstəlikləri,

kalium və maqnezium elementlərinin mübadiləsinin pozulması,

yaşlılıq və s.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...