MUSİQİNİN BEYİNƏ TƏSİRİ

MusiqiMusiqi çox vaxt gününüzün nə dərəcədə yaxşı və ya pis keçməsinə təsir göstərir. Bu sizin əhval-ruhiyyənizi dəyişdirə, idmanla məşğul olmaq üçün sizi gücləndirə və hər hansı bir zədənin sağaldılmasına kömək edə bilər. Musiqinin beyinə olan təsirləri və günü yaxşılaşdırmaq üçün olan faydaları nədir?

Musiqi xatirələri yada salmağa kömək edir

Musiqinin ifasının yaddaş və dil bacarıqlarını artırdığı sübut olunub, lakin dinləyicilər üçün musiqi həmdə xatirələri yada salmaq üçün vasitədir. Musiqi normal insanlarda olduğu kimi Alzheimer xəstəsi olan insanlara da eyni cür təsir göstərir. Hər hansı bir bildiyiniz musiqini dinlədikdə, o beyində uzunmüddətli yaddaşı tənzimləyən hippokampusu stimullaşdırır. M

loading...

usiqi dinləyən zaman həmçinin, xüsusi bir parçanın səslənməsi müəyyən bir xatirənin yenidən canlanmasına təsir edir. Ona görə də, hər hansı bir xatirəni yada salan zaman çətinlik çəkdikdə, həmin hadisə baş verən zaman dinlədiyiniz musiqiyə qulaq asmaq həmin sizə kömək edə bilər.

Musiqi immun sistemini inkişaf etdirir

Musiqinin immun sistemini gücləndirməsi ideyası üzdə bir qədər mənasız səslənə bilər, lakin elm bu fikri dəstəkləyir. Həzin musiqi stresi azaltmağa təsir göstərir və bu baş verdikdə, o bədəndə stress hormonu kortizolun səviyyəsini azaldır. Təkcə həzin musiqi deyil, həmçinin, hər hansı bir nikbin rəqs musiqisi də immun sistemində anticismlərin səviyyəsinin artmasına təsir göstərir.

Musiqi idmanla bağlı faəliyyətləri də artırır

Əvvəl də qeyd etdiyimiz kimi, musiqi idman zamanı insana müsbət təsir göstərir. Son araşdırmalarda, tədqiqatçılar yüksək templi musiqi ilə idman hərəkətləri arasında bir qarşılıqlı əlaqə olduğunu müəyyən ediblər. Musiqi diqqəti yayındırmaq, ürək və əzələləri daha sürətlə işləməsinə kömək etməklə idman üçün gücü daha da artırır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...