MULTİKULTURALİZM NƏDİR

TORELANTLIQMultikulturalizm sözü bir neçə mənada işlədilir. Sosiologiyada və məişətdə bu söz etnik pluralizm, yəni çoxluq, mənasında işlədilir. Belə ki müxtəlif etnik qruplar özünəməxsusluqluğunu itirməməklə dialoqa girilər.

Politologiyada multikulturalizm ölkələrin öz hüdudları daxilində müxtəlif mədəniyyətlərlə faydalı təmas etməsidir.

Multikulturalizmin hədəfi insanların mədəni, irqi və dini rəngarəngliyini qorumaq və kiçik mədəniyyətləri inteqrasiya etməkdir.

loading...

Multikulturalizm daxilində hazırda ən əsas müzakirələr immiqrasiya və mədəniyyətlərin təmasından gedir.

Mültukulturalizm əsasən Qərb millətlərinə istinadən istifadə edilir. Belə ki məhz ilk olaraq Qərbdə milli kimlik konsepsiyası yaranıb və 18, 19 əsrlərdə milli dövlətlər əmələ gəlib. Ötən əsrin 70-ci illərindən başlayaraq Qərb millətləri multikulturalizmi rəsmi siyasət kimi seçiblər.

Multikulturalizm tərəfdaşları tərəfindən hər bir insanın cəmiyyətdə layiqli yerini tutacağına yardımçı olacağını vurğulayırlar.

Multikulturalizm torelantlığın əsas aspektidir. Multikulturalizm zamanı xırda mədəniyyətlərin özünəməxsusluğu aşkar edilir və qorunur.

İlk dəfə multikulturalizm sözü 1960-cı illərin sonunda Kanadada yaranıb və 1971-ci ildə rəsmi termin olub. Bu model müxtəlif milli qrupları birləşdirmək üçün yaradılmışdır və “assimilyasiyasız inteqrasiya” formasında həyata keçirilidi. Bu bir ölkə sərhədlərində müxtəlif etnomədəni, konfessional subyektlərin eyni təhsil, ictimai və sairə hüquqlara sahib olduğunu bildirirdi.

Mədəni plüral cəmiyyət, yəni multikultural, o cəmiyyətdir ki. orada tək bir mədəniyyət hakim deyil. Belə cəmiyyətdə şəxs ona uyğun mədəniyyəti seçə bilər.

Azərbaycan multikulturalist ölkədir. Təkcə Bakıda 20 dən çox ukrayın, rus, kürd, ləzgi, tatar, gürcü, talış, avar, avropa və sairə assosiyasiyaları var.

2014-cü ildən Bakıda Multikulturalizm mərkəzi fəaliyyət göstərir.

Multikulturalizm ölkəmizdə qədim tarixə sahibdir. Bunun nümunəsi kimi “Kitabi-dədə Qorqudu” göstərmək olar. Nizaminin “Yeddi Gözəl” romanı yeddi mədəniyyəti cəmləşdirir – türk, fars, ərəb, çin, hind, yunan və gürcü.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...