MÜASİR İNSANIN SAĞLAMLIQ PROBLEMLƏRİ

ipohondriyaMüasir insanın bir çox sağlamlıq problemləri ilə qarşılaşır. Onlardan bəilərini diqqərinizə çatdırırıq.

Şəkərli diabet, 45-65 yaş arası 3 dəfə, 65 yaşdan sonra 4 dəfə çox rast gəlir. 45 yaşdan sonra hər bir insan üç ildən bir diabetik kontrol üçün həkim qəbulunda olmalıdır.

Arterial hipertenziyanın yaş artdıqca rastgəlmə tezliyi artır. 40 yaşdan sonra risk qrupunda olmayanlar 3 ildən bir, risk faktoru olanlar ildə 1 dəfə həkim kontrolunda olmalıdılar.

loading...

Xolesterin genetik meyllik və həyat tərzi ilə müəyyənləşir. Ürək-damar xəstəlikləri riskini azaltmaq, cavan yaşlarda qəfləti ölümlərin qarşısını almaq üçün xolesterini sabit saxlamaq vacibdir. 40 yaşdan yuxarı insanlarda həkim tövsiyyəsi ilə xolesterinin təyini və ehtiyac olarsa müalicə aparılmalıdır.

Ürək xəstəlikləri riski 40 yaşdan sonra 10 dəfə artır. Bu baxımdan hər bir şəxs üçün həkim fərdi müayinə proqramı seçir. Lakin diabet, yüksək təzyiq, yüksək xolesterin, tütünçəkmə, ailədə ürək-damar xəstəliyi kimi risk faktorları olanlar daha erkən profilaktika aparmalıdırlar.

Yoğun bağırsaq xərçəngi riski 40 yaşdan sonra 3 dəfə, 50 yaşdan sonra 10 dəfə artır. Xəstənin ümumi vəziyyətindən asılı olaraq həkimin təyinatı ilə kolonoskopiya və nəcisdə gizli qan testi ilə erkən aşkarlana bilər.

AĞCİYƏR XƏRÇƏNGİ riski siqaret çəkmə müddəti və gündəlik çəkilən siqaretin sayına müvafiq artır. 40 yaşdan sonra xüsusən siqaret çəkənlər erkən aşkarlanma üçün kontroldan keçməlidirlər.

Süd vəzi xərçəngi riski 40 yaşdan sonra 1,5 dəfə, 50 yaşdan sonra 2,5 dəfə artır. Bu səbəblə bütün qadınlar 40 yaşdan sonra ildə 1 dəfə mamoqrafiyadan keçməlidirlər. Ailəsində süd vəzi xərçəngi olanlar həmin ailə üzvünün xəstəliyə tutulduğu yaşdan 10 il əvvəl kontrola başlamalıdır.

Uşaqlıq  boynu  xərçəngi riski 40-50 yaş arası 10 dəfə artır. 40 yaşdan sonra bütün qadınlara ginekoloji qiymətləndirmə və pap-smear test aparılmalıdır.

Osteoporoz 65 yaşdan yuxarı qadın və kişilərdə qiymətləndirilməlidir;

Prostat vəzi xərçəngi 50 yaşdan sonra risk artır. Xəstəyə görə fərdi müayinələr proqramı təyin olunmalıdır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...