MONDOR XƏSTƏLİYİ

SÜD VƏZİLƏRİNİN XƏRÇƏNGİMondor xəstəliyi süd vəzinin bayır hissəsinin (döş qəfəsinin bayır səthi də daxil olmaqla) səthi venalarının tromboflebitidir. Tromboflebitə xas simptomlarla özünü göstərir: birdən-birə meydana çıxan ağrı, qızartı və bərkimə olur.

Çox vaxt bir tərəfli olur. 75 % halda qadınlarda rast gəlinir. Əsas səbəb 60 % halda müəyyən edilə bilmir, 40 % halda süd vəzi üzərində keçirilmiş hər hansı müdaxilədən sonra, vəzin travması, çox ağır yük daşıdıqdan, yorucu qol idmanından, çox dar paltar geyindikdə və s. sonra meydana gələ bilər.

Diaqnozu dəqiqləşdirmək üçün USM doppler müayinə yerinə yetirilir. Bu zaman venalarda qan axını izlənilmir.

loading...

Xəstəlik 2-8 həftə müddətində aparılan konservativ müalicə nəticəsində tədricən aradan qalxır. Xəstəlik əlamətləri aşkarladıgınızda həkimə müraciət etməniz vacibdir .

Hər zaman saglam olun!

Dr. Afaq Zahidova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...