MİLİUM, MİLİA, KERATİN KİSTLƏRİ

Miliumlar olçüsü 3 mm – dən kiçik olan səthi  keratin kistləridir. Yenidoğulmuşların 4 – 50 faizində miliumlara rast gəlinir. Xüsusilə üzdə, burunda, saçlı dəridə, gövdədə, qolların üst hissəsində olurlar. Bir neçə ilə sayı arta bilər və sonradan öz özünə keçib gedirlər.  Bəzən ağız boşluğunda da rast gəlinir ki, bunlara ‘‘Epstein pearls,’’ ‘Bohn nodules’’ və ‘‘gingival (dental lamina) kisti deyilir.

miliumUşaq və yeniyetmə dövründə olan Miliumlar yenidoğulmuşların miliumlarına bənzəyirlər. Əsasən yanaq və göz ətrafında rast gəlinirlər. Öz özünə keçməyə meylli deyillər.

Bəzən çox saylı milialar birləşərək lövhəciklər formalaşdırırlar. Bu cür lövhəciklərə daha çox baş və boyunda, qulaq ətrafında rast gəlinir.  Orta yaş qrupu və qadınlarda daha sıx olur. Səbəblər içində  pseudoxanthoma elasticum, discoid lupus erythematosus, lichen planus, travma ve böyrək  köçürmə  düşünülür. Xüsusən  böyrək köçürmə kimi orqan transplantasiyası  sonrası istifadə olunan  siklosporinin milia əmələ gəlməsinə səbəb olduğu bilinməkdədir.

loading...

Düyünlü miliumlar lövhəcik tipə bənzəyir, ancaq daha yumru formadadılar.

Bəzən davamlı olaraq baş, gövdə nahiyəsində həftələr , aylarla çox sayda miliumlar formalaşır. Bu halda proses yayılaraq gedirsə bəzi  genodermatozlar ağla gəlməlidir.

İkincili miliumlar xəstəlik, hər hansı dərman qəbulu və ya dəri travmasından sonra əmələ gəlirlər. Travmadan sonrakı miliumlar xüsusən uşaqlarda rast gəlinir (yenidoğulmuşlarda dabanda qan aldıqdan sonra formalaşan miliumlar).

Müalicəsində ən çox tətbiq  olunan metod Milium kistinin çıxarılmasıdır. Çox sayda olduqda topik retinoidlər istifadə oluna bilər.

Erbium və CO2 lazer ilə miliumların mikro ablaziyası ən seçilmiş müalicə metodudur.

Dr. Bilqeyis Mustafayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...