MEYVƏLƏRİN XEYRİ

Meyvələrin insan orqanizminə xeyri

MeyvələrBildiyimiz kimi hər bir meyvənin bizə bir xeyri var, müəyyən meyvələrin isə bir çox xeyrləri var. Aşağıda meyvələrin siyahısı və insan orqanizminə xeyri göstərilib.

Qreypfrut

loading...

Qreypfrut B1, B2, C və A vitaminləri, dəmir, fosfor, maqniy, kalsiy , sink, kaliy və natriy ilə boldur. Bu xeyirli meyvə həzmi və maddələr mübadiləsini sürətləndirir, bağırsağın işini yaxşılaşdırır və arıqlamağa səbəb olur. Piyi yandırır və artıq mayeni bədəndən çıxarır. Bu meyvəni gündəlik qəbul etmək gərəkdir.

Həmçinin qreypfrut yuxululuğun, başgicəllənməsinin və süstlüyün qarşısını alır. Arterial təzyiqi salır, böyrəyə faydalıdır, qanda xolesterinin səviyyəsini normallaşdırır. İmmuniteti gücləndirir, iştahı açır, damarlara və ürəyə faydalıdır. Orqanizmi cavanlaşdırır. Qrepfrut şirəsi öd kisəsi və bağırsağın fəaliyyətini normallaşdırır. Ancaq dərman qəbul etdikdə ehtiyyatlı olmaq gərəkdir.

Nar

Nar limon, alma, kəhrəba və difər turşularla boldur. Həmçinin tərkibində В1, В2, В12, В6, РР, С, kaliy, fosfor, kalsiy, natriy, dəmir və marqanes var. Nar 60% sudan, 20% qabıqdan və 20% çəyirdəkdən ibarətdir.

Nar  qanda hemoqlobini artırır, qan təzyiqini normallaşdırır. Şirəsi mədə ağrısı zamanı qəbul edilir və həzmə faydalıdır. Orqanizmdən radiasiyanı çıxarır, iltihabı məhv edir, hormonların aktivliyini artırır və isulini əvəz edir. Dəri xəstəliklərini müalicə edir. Mədə xorası və qastrit zamanı nar olmaz.

Kivi

Kividə böyük həcmdə C vitamini var. Digər vitaminlər В2, В1, В6, В3, В9, А, Р, К vitaminləri və dəmir, fosfor, kalsiy, kaliy, marqanes və sinkdir. Sinir sisteminə faydalıdır, trombların yaranmasının qarşısını alır, dərini elastikləşdirir, artıq çəkini azaldır. Revmatizmdən, böyrək daşlarından, qanaxmadan, kariyesdən müdafiə edir.

Çiyələk

А, Е, P, В1,B3, В2, В6 vitaminləri, yod, dəmir, kalsiy, kaliy, natriy, maqniy, fosfor və borla boldur. Podaqra, artrit, yüksək qan təzyiqi və zəif immunitet zamanı faydalıdır. Mütəmadi qəbul etdikdə göz xəstəliklərinin, soyuqdəymənin, müxtəlif infeksiyaların  qarşısını alacaq və orqanizmi cavanlaşdıracaq.

Gilas

Gilas dəmir, sink, yod, marqanes, ftor, kalsiy, fosfor, kaliy, maqniy, А, Е, С, РР, В2, В1, В3 vitaminləri ilə boldur. Gilasın faydası böyükdür. Bu faydalı meyvə rahat yuxu yaradır, sinirləri rahatlayır və əhvalı yaxşılaşdırır. Ürək-damar sisteminə faydalıdır, kapilyarları bərkidir, tromboz, artroz və artritdən qoruyur.

Moruq

C, A, В 6, В 9, В 12 vitaminləri, maqniy, kaliy, marqanes, yodla boldur. Xərçəngin yaranmasının qarşısını alır, sonsuzluğa və anemiyaya qarşı faydalıdır.

Şaftalı

Şaftalının tərkibi dəmir, kaliy, fosfor, marqanes, sink, maqniy, С, В2, В1, В5, В3, В9, В6, В12, К, А, Е, РР vitaminləri ilə boldur.  Ürək xəstəlikləri zamanı, həzm prosesi və bağırsaq üçün faydalıdır. Həmçinin anemiya, astma, nefrit, bronxit, quru öskürək, stress və yüksək qan təzyiqi zamanı xeyirli meyvədir.

Qara qarağat

Tərkibində С, В6, В3, В2, В1, В5, РР, А, D, K, E vitaminləri, fruktoza, qlükoza, kaliy, natriy, dəmir, fosfor və maqniy var. Xərçəngin qarşısını alır, hipovitaminoz əlehinə faydalıdır.

Qırmızı qarağat

С, Р, А vitaminləri, dəmir, kaliy, yod, şəkərlə boldur. Şəkərli diabetə qarşı yaxşıdır, ürək-damar sistemi xəstəliklərində faydalıdır. Xərçəngin, xroniki yorğunluğun və vaxtından əvvəl qocalmanın qarşısını alır.

Qarpız

Dəmir, fosfor, maqniy, kaliy, kalsiy, natriy, В2, В1, В3, В6, В9, А, С vitaminləri ilə boldur. Yaxşı sidikqovucudur, maddələr mübadiləsini sürətləndirir, bağırsağı şlaklardan, böyrəkləri daşdan təmizləyir və orqanizmdən gərəksiz mayeni çıxarır. Yoğun bağırsaq xərçənginə, astmaya, artrita və prostat xərşənginə qarşı faydalıdır.

Gavalı

Gavalı В6, В2, В1, Е, С, А vitaminləri, kalsiy, kaliy, natriq, maqniy, fosfor, dəmir və yodla boldur. Ürəyi və görməni sağlam saxlayır. Orqanizmi yoğun bağırsaq xərçəngindən, astmadan, osteoartrozdan və artritdən qoruyur.

Ərik

Ərik  А, В1, В3, В2, Е, РР, С, Р vitaminləri, kaliy, fosfor, natriy, maqniy, yod və dəmir ilə boldur. Mədə pozulmasında, qulaqlarda ağrı, dəri xəstəlikləri, anemiya və xərçəng zamanı faydalıdır.

Alma

Alma  А, В1, В2, В3, В9, С vitaminləri, maqniy, natriy, kaliy, kalsiy, fosfor, dəmir, yod, sink və ftor ilə boldur. Anemiya, hipertoniya, podaqra, piylilik, dizenteriya, artrit zamanı faydalıdır. Hər gün alma yeyənlərdə ürək-damar xəstəliklərinin təhlükəsi 50 % azalır. Qanı və böyrəkləri təmizləyir, cildə parlaqlıq və gözəllik verir, soyuqdəyməyə və öskürəyə xeyirlidir. Xolestrolu azaldır, həzm sistemindəki narahatlığa kömək edir, baş ağrısına xeyirlidir. Yüksək təzyiqi salır, qandakı şəkəri nəzarətdə saxlayar.

Üzüm

Üzüm В6, В1, В5, В9, В2, К, С, Р, А, Е vitaminləri, kaliy, natriy, yod, dəmir, fosfor, sink v maqniy ilə boldur.  Mədəyə, yorğunluq, böyrək xəstəlikləri, kataraktaya qarşı faydalıdır. Astmanın müalicəsində yaxşıdır.

Xurma

Xurma  В2, В3, В1, А, Р, С vitaminləri, kalsiy, kaliy, natriy, yod, maqniy, dəmir, fosfor və marqaneslə boldur. Xərçəngin və görmənin pozulmasına qarşı faydalıdır. İmmumiteti və sinir sistemini gücləndirir, ürək xəstəlikləri zamanı faydalıdır.

Portağal

Tərkibi B, C vitaminləri, kalsium, maqnezium ilə zəngindir. Soyuqdəyməyə və qripə yardım edir, öskürəyi azaldır. Ürək xəstəliklərindən və iflicdən qoruyur. Portağalda olan minerallar cildin quruyub, qırışmasının qarşısını alır. Qaraciyərin davamlı və düzgün işləməsini tənzimləyir. Həzmi asanlaşdırır, bağırsağı yumşaldır. Dərini təravətli edir.

Heyva

Ürək, ağciyər, boğaz, mədə, göz, bağırsaq və ağız boşluğu xəstəliklərində istifadə edilir. Həmçinin cinsi gücü artırır, cildi gəncləşdirir, dodaq çatlamasına dəmandır. Tərkibi protein, şəkər, A, B2 və C vitamini, dəmir kimi minerallarla zəngindir.

Banan

Banan qan dövranını tənzimləyir, yüksək təzyiqə müsbət təsir edir. Ürəyə və əzələ sisteminə xeyirlidir. Yorgunluğu aradan qaldırır. Mədə xorasının müalicəsinə kömək edir.

Armud

Bu xeyirli meyvə soyuqdəyməni sağaldır, sinirləri rahatladır, mədəni gücləndirir, həzmi asanlaşdırır. A, B1, B2, B3, B6 və C vitaminləri ilə boldur. Daş və duzların tökülməsinə kömək edir. Təzyiqi düşürür, qanı təmizləyir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...