MƏXMƏRƏK XƏSTƏLİYİ

Məxmərək virus mənşəli yoluxucu xəstəlik olub, dəridə qırmızı səpgilərlə özünü göstərir. Hava-damcı infeksiyasıdır. Xəstə insan asqırdıqda və ya öskürdükdə tənəffüs yollarından selik damcıları ətrafa yayılır və virus sağlam insanlara yoluxur. Bir çox yoluxucu xəstəliklər kimi  uşaq yaşlarında çox rast gəlir, qarşısını peyvəndlə almaq olar.

Yoluxuculuğu: Xəstədə səpgilər başlanmazdan 1 həftə əvvəldən başlayaraq, səpgilər sönəndən 1 həftə sonraya qədər xəstə yoluxucu olur.

Xəstəliyə bir dəfə tutulduqdan sonra ömürlük immunitet yaranır.

loading...

Klinik əlamətləri qızılcaya bənzəyir, lakin daha yüngüldür, 4-5 günə keçib gedir:

Yüksək hərarər (38-39 C);

Baş ağrısı;

Gözlərdə qızartı;

Burunda tutqunluq, axıntı;

Xarakter səpgilər;

Boyunun arxasında limfa vəzləri böyüyür və ağrılı olur;

Qadınlarda xüsusən oynaq ağrıları.

Böyüklərdə nisbətən ağır keçir, oynaqlarda şişkinlik, yerişin çətinləşməsi, immunitetin düşməsi səbəbindən yanaşı  bakterial ağırlaşmalar olur.

Hamiləlik dönəmində yoluxmaq çox təhlükəlidir, xüsusilə birinci trimestrdə. Dölün tələf olmasına, 90% hallarda körpənun qüsurlu (inkişafdan qalma, karlıq, katarakta, ürək qüsurları, daxili orqan qüsurları və s.) doğulmasına səbəb olur.

PROFİLAKTİKA Peyvəndlər vurdurmaqla xəstəliyə yoluxmanın qarşısını almaq olar.

Kimlər peyvənd olunmalıdır:

Uşaqlar 12-15 aylnda ilkin, 4-6 yaşında təkrar;

Reproduktiv yaşda hamilə olmayan qadınlar;

Xarici ölkəyə səyahər planlaşdıranlar (çünki gedeceyiniz ölkədə epidemioloji vəziyyəti bilmirsiniz);

Əgər qan testində məxmərəyə qarşı immunitetiniz olduğu aşkar olunarsa (uşaqlıqda keçirənlər, əvvəllər peyvənd olunanlar) peyvəndə ehtiyac qalmır.

Dr. Günel Fətəliyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...