MƏDƏ XƏSTƏLİKLƏRİNİN ƏLAMƏTLƏRİ

Mədə və bağırsaq xəstəliklərin bir çox əlamətləri var. Onlardan əsasları iştahanın pozulması, qarında ağrı, ürəkbulanma, gəyirmə, qusma, qıcqırma, qarının köpməsi, qəbizlik, ishal və sairədir. Mədədə ağrı

Mədə ağrıları xəstəlikdən asılı olaraq uzunmüddətli və ya qısamüddətli tutmalar şəklində ola bilər. Ağrılar adətən yemək yeyən zaman və ya yeməkdən 2-3 saat sonra tutur.

Mədə və ağrısının səbəbləri aydınlaşdırılmamış özünümüalicə, əsasəndə isitqac qoymaq, işlətmə dərmanları və ağrıkəsicidən istifadə etmək düzgün deyil.

loading...

Ürəkbulanma və qusma mədə əzələlərinin geriyə peristaltikası ilə əlaqədardır. Gəyirmə isə əsasən yemək yeyən vaxt hava udulduğundan baş verir.

Turş mədə möhtəviyyatının qida borusuna düşməsi qıcqırmaya səbəb olur. Bağırsaqlarda çox qazın əmələ gəlməsi, bağırsağın fəaliyyətinin yavaşlaması nəticəsində qarın köpür və xəstə əziyyət çəkir.

Qastrit mədənin iltihabıdır. Mədəyə soyuq olduqda və qidalanma gigiyenası pozulduqda qastrit yaranır. Qastrit şiddətli ağrılarla başlayır və yuxarıda sadalanan əlamətlər rast gəlinir. Zamanında müalicə edilmədikdə xronik qastrit yaranır. Bu xəstəlikdə müalicə olunmadıqda mədə xorası və bağırsaqların iltihabı ilə nəticələnir.

Mədə-bağırsaq xəstəliklərinin müalicəsində ilk olaraq pəhrizin saxlanılması vacibdir.Tez və yüngül həzm olunan qidalar qəbul olunmalıdır. Süd və süd məhsulları, yaxşı bişmiş ət xörəkləri, tərəvəz və meyvə şirələri faydalıdır. Qızardılmış, yağlı, çox yüksək kalorili, çox ədviyyatlı kəskin yeməklər məsləhət deyil. Siqaret və spirtli içkilərdə qadağandır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...