MƏDƏ AĞRISI

Mədə qanaxması

Mədə ağrısı bir çox xəstəliyin göstəricisi ola bilər. Çox hallarda ağrı mədə ilə əlaqəli olmur və digər orqanlarda problem olduğunu bildirir.

Mədə ağrısı nədən ola bilər və səbəbi nədir. Anidən yaranan kəskin mədə ağrısı pankreatit, xolesistit və onikibarmaq bağırsaq xorasının (yazva) əlaməti ola bilər.

loading...

Kəskin, ani mədə ağrısı selikli qişanın kimyəvi yanığı yaxud zəhərlənmə ilə əlaqəli ola bilər.

Çox kəskin ağrı, “elə bil bıçaq batır” kimi əsasən xoranın deşilməsi ilə yaranır.

Yanıq hissi xora yaxud qastrit, küt ağrı isə həmin xəstəliklərin xroniki yaxud başlanğıc dönəmində olduğunu bildirir. Qastrit zamanı yemək qəbulu ilə birbaşa əlaqəlidir: mədədə ağrı yeməkdən sonra, yada ac olanda yaranır.

Spazmatik mədə ağrısı çox zaman xora yaxud onikibarmaq bağırsağın iltihabından olur. Belə ağrı əsasən gecələr yaxud son qida qəbulundan bir necə saat sonra yaranır.

Nəfəs aldıqda yaxud anidən bədənin vəziyyətini dəyişəndə qısa və kəskin ağrı diafraqma spazmlarının əlamətidir. Bu iltihaba və qan dövranının pozulmasına görə baş verir.

Daimi yüngül sızıldayan mədə ağrısı çox zaman bədxassəli şişin və mədə polipinin əlaməti ola bilər.

Güclü tutmalı ağrı əsasən mədə-bağırsaq infeksiyası zamanı olur. Qarının yuxarısında intensiv ağrı, hansı ki bir neçə gündən sonra zəifləyir ancaq daimi qalır əsasən yoğun bağırsağın patologiyası, əsasəndə kolitin əlamətidir.

Göbək ətrafında bir neçə saat davam edən və qarının yuxarı hissəsinə keçən mədə ağrısı appendisitin əlaməti ola bilər.

Bunlar mədə ağrısının bütün səbəbləri deyil. Digər xəstəliklər arasında qıcıqlanmış bağırsaq sindromu, bağırsaq damarlarının trombozu, bağırsaq keçilməzliyi, mədə travması, ürəyin işemik xəstəliyi, müəyyən sinir xəstəlikləri və s.

Bu simptomlarla xass olan mədə ağrısı bir çox ciddi xəstəliklər səbəbindən yarana bilər və həkimə müraciət mütləqdir.

Appendisit, xora dəliyi və zəhərlənmə zamanı həkimə müraciət dərhal olmalıdır.

Mədə ağrısının müalicəsi səbəbindən asılıdır və dərmanla həkim müşahidəsi altında yaxud cərrahi yolla edilir.

Hamiləlik zamanı mədədə və çanaqda ağırlıq hissi əgər digər simptomlar yoxdursa, hələ qorxulu deyil. İlk trimestrdə qadınlarda belə hisslər çox olur. Bu qan dövranının artması, uşaqlığın böyüməsi və sonrakı müddətdə uşağın çəkisinin artması ilə əlaqədardır.

Ancaq əgər ağırlıq hissi ağrı ilə, spazmla və ifrazatla (qanlı yaxud su) müşahidə edilirsə mütləq həkimə müraciət etmək gərəkdir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...