LİMFA DÜYÜNLƏRİ BÖYÜYƏRSƏ

Limfa duyunleriLimfa düyünləri oval və ya yumru formada olan törəmələrdir. Onların ölçüləri 1 mm-dən 2 sm qədər ola bilər. Limfa düyünləri dirsək büküşündə, qoltuq altında, diz büküşündə, qasıq nahiyəsində yerləşir. Boyun  nahiyəsində yerləşən limfa düyünləri baş və boyunu infeksiya və şişlərdən qoruyur.

Qarın və döş boşluqlarında çoxlu sayda limfa düyünləri var. Limfa kapilyarları bütün orqanlarda var.

Bədənin hər hansı yerində limfa düyünlərinin böyüməsi və iltihabı bu yerdə problemin olmasından xəbər verir. Adətən limfa düyünün böyüməsinin səbəbi infeksiya, bəzi hallarda isə şiş olur.

loading...

Uşaqlarda limfa düyünləri daha tez-tez hallarda böyüyür. Bəzən uşaqlarda limfa düyünləri uzun müddət ərzində böyümüş vəziyyətdə qalır.

Əksəriyyət hallarda bu heç bir ciddi problemin göstəricisi deyil və uşaqlarda immun sisteminin qeyri-yetkin olduğundan irəli gəlir. Lakin hər halda uşaqda limfa düyünləri keçirilmiş xəstəlikdən sonra 1 ay ərzində böyümüş şəkildə qaldıqda onu pediatra göstərmək gərəkdir.

Kəskin respirator infeksiyası, tonzillit, diş absesi, irinli iltihab, uşaq infeksion xəstəlikləri, məxmərək, qızılca, su çiçəyi, parotit. və digər infeksion, bakterial xəstəlikləri zamanı limfa düyünləri böyüyür və iltihablaşır. Bu zaman böyümüş limfa düyünləri yumşaq və əllədikdə bir qədər ağrılı olur. Bəzi hallarda böyümüş limfa düyünü xərçəng xəstəliyinin əlaməti ola bilər.

Beləliklə, böyümüş limfa düyünləri çox ciddi xəstəliyin simptomu ola bilər. Bu səbəbdən özünüzdə böyümüş limfa düyünü aşkar etdikdə mütləq həkimə müraciət edin.

Dr. İlhamə Babayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...