LAZER EPİLYASİYA

Lazer epilyasiya

Lazer epilyasiya lazer şualanması vasitəsilə tüklərin məhv edilməsidir. Lazer epilyasiya kosmetoloji tibbi prosedurdur.

Tüklərin maksimum, 90-100%, təmizlənməsi üçün 3-6 həftəlik intervala bir neçə prosedur gərəkdir. Bu təmizlənən bölgədən və orqanizmdən asılıdır.

loading...

Adətən lazer epilyasiya prosedurları 6-10 dəfə olur və lazerin gücündən və yeni tüklərin çıxmasından asılıdır. Hormonal dəyişiliklər zamanı lazer epilyasiya gözlənilən effekti verməyə bilər.

Tüklər çox olduqda və tez çıxdıqda, depilyasiya dəridə qıcıqlıq yaratdıqda yaxud ağrıya səbəb olduqda lazer epilyasiya ən doğru seçimdir. Prosedur 18 yaşından yuxarı həm kişilər, həm qadınlar üçün keçərlidir.

Lazer epilyasiyanın təhlükəsiz olması üçün növbəti qaydalara riayət etmək gərəkdir:

4 həftə ərzində günəş altında zaqar yaxud süni zaqar kremlərindən isitifadə etməmək

prosedurdan bir neçə gün öncə epilyasiya olunacaq bölgədə tükləri qırxmaq, əks halda mikro yanıqlar ola bilər

prosedura bir neçə gün qalmış spirt tərkibli losyonlardan, toniklərdən və digər kosmetoloji vasitələrdən istifadə etməmək

əgər prosedur sifətdə edilirsə kosmetikanı təmizləmək.

İmmun və onkoloji xəstəlikləri, şəkərli diabet, hamiləlik, individual keçirməzlik, sarışın və ağarmış saçları olan insanlara lazer epilyasiya məsləhət deyil.

Mümkün yan təsirləri:

Dəri yanıqları

Follikulit

Yaralar

Allerjik reaksiyalar

Herpesin kəskinləşməsi

Konyuktivit, görmənin itirilməsi

Hiperpiqmentasiya

Hematoma

İlk müsbət təsir prosedurdan 2-3 həftə sonra baş verir. Klinikaya getdikdə tüklərin uzunluğu təxmini 2 mm olmalıdır. Bu zaman prosedur daha effektiv olacaq. Prosedur çox vaxt almır, epilyasiya olunacaq bölgədən asılı olaraq proses 15-30 dəqiqə çəkə bilər. Prosedurdan sonra 24 saat ərzində idman etmək, sauna yaxud isti vanna olmaz. Həmçinin uzun müddət günəş vannasından və ümumiyyətlə şualarından uzaq durmaq gərəkdir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...