LATIN DİLİNİN TARİXİ

Latın dili qədim hind, qədim yunan, qədim iran və s. kimi ölü dillərər aid edilir. Latın dilinin daşıyıcısı olan xalq artıq çoxdan tarixin səhnəsindən çıxmışdır. Lakin bu dil bir zaman danışıq dili olmuşdur. Latın sözü Appenin yarmadasının orta hissəsində, Tibr çayının aşağı axımında yerləşən vilayətin adı Latium sözündən əmələ gəlmişdir. Burada Latın tayfaları yaşayarıdı.

Rəvayətə görə, eramızdan əvvəl 754-753- cü ildən Latsiumun ilk icması Roma şəhərində yaranmışdır. Roma əhalisinin dili latın dili idi. İstilaçılıq müharibələri və güclü müstəmləkəçilik zamanı Latsiumun və daha sonra bütün İtalyanın digər tayfaları Roma hakimiyyəti altına düşdü. Tədricən latın dili və ya Roma şəhərinin dili, demək olar ki, bütün birləşdirilmiş İtalyanın ünsiyyət dili olmuşdur.

Punik müharibələri dövründən başlayaraq latın dili Roma regionları ilə birlikdə İtaliya hüdudlarından kənara çıxır. O, daha yüksək qədim mədəniyyətə malik olan ölkələrin ərazilərində  yayılır.

loading...

Romada Latın dili dövlət dili idi. O diplomatlar, natiqlər, qrammatiklər və qaçqın qullar, silahlı basqınlar, qanunlaşdırmalar yolu ilə Avropanın qərbindən şərqinə qədər yayılmış, hakim dil səviyyəsinə qalxmışdı.

Roman dilləri, Hind – Avropa dillərinin alt vahidi, mənşəyi Roma İmperatorluğunun dili Latınca olan bütün dilləri əhatə edir. Dünya səviyyəsində Romans dillərini ana dili kimi bilən insan sayı 600 milyondan çoxdur. Bu dillər Amerika, Avropa və Afrika qitələrində daha sıx rast gəlinilən dillərdir, amma ümumi olaraq dünyanın hər yerinə səpələnmiş olduqları deyilə bilər.

İmperatorluğun genişləməsi , dövlətin təhsil və rəhbərlik siyasətləriylə birləşincə , Ümumi Latın İber yarımadasından başlayaraq Qara dənizin şərq sahillərinə qədər olan geniş bir sahədə ilk dil olaraq istifadə edilər oldu.

İmperatorluğun beşinci əsrdəki geriləməsi və çöküşüylə birlikdə, Ümumi Latın parçalandı və bu dildən onlarla fərqli yerli dil və ləhcə meydana gəldi. Fransız, Portuqaliya və İspan kolonial imperiyaları  on beşinci əsrdən sonra bu dilləri başqa qitələrə da yaymağa başladılar.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...