KSANTOMA, KSANTELAZMA NƏDİR

KSANTELAZMA nedirKsantoma dəri altında piy yığımının olmasıdır. Bunun göz qapağı dərisində, dermanın üst hissəsində makrofaqlar içərisində yığılmasına isə “Ksantelazma palpebrarum” qısaca  ”Ksantelazma” deyilir.

Ksantelazma ksantomaların en sıx rast gəlinən kliniki formasıdır. Daha çox orta və böyük  yaşlarda rast gəlinir.

Simmetrik yerləşməsi xarakterikdir. Alt və üst göz qapağında içə,  yəni burun tərəfə yerləşir.

loading...

Ksantelazmalar  parlaq sarı rəngdə lövhəcik şəklindədir. Tək bir lövhəcik və ya çox sayda kiçik lövhəciklər şəklində başlayıb,  zamanla büyüyüb, bir biri ilə birləşə bilərlər.

Bu yağ lövhəciklərinin  içərisində xolesterol var.

Tam olaraq səbəbi məlum deyil. Qan yağları ilə əlaqəsi tam olaraq aydınlaşdırılmayıb. İrsi qan yağları yüksəkliyi olan ailə üzvlərində daha sıx rast gəlinir.

Ksantelazmalar nadirən çox böyüyərək göz qapaqlarının sallanmasına, nəticədə görmə sahəsinin kiçilməsinə səbəb ola bilər. Bundan başqa  hər hansı kliniki şikayət olmur. Ancaq estetik görünüşə mənfi təsir edir.

Bu günə qədər bir çox müalicə metodları istifadə olunub. Cərrahi olaraq götürülməsi, TCA turşusu tətbiqi, elektro-cərrahiyyə və s. Ancaq bunlarda iz qalma riski, göz qapağında funksiya pozulmaları kimi problemlər ola biləcəyindən günümüzdə lazer müalicə metodlarının tətbiqi daha aktualdır.

Lazer olaraq ablatif lazerlər CO2 ve Erbium lazerləri istifadə olunur.

Dr. Bilqeyis Mustafayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...