KÖRPƏLƏRDƏ VİTAMİN D ÇATIŞMAZLIĞI

Körpə həyatının ilk illəri fiziki inkişaf baxımından çox vacibdir. Bu səbəbdən ana südünün faydaları hər zaman vurgulanır.

Körpənin kənardan qəbul etməsi lazım olan tək vitamin D vitaminidir. Ana südündəki D vitaminin daha asan sorulmasına baxmayaraq onun miqdarı körpənin günlük D vitamini ehtiyacı olan 400 vahidi qarşılamır.

Dölün D vitamini ehtiyacı ananın depolarından qarşılanır. Dölün doğuşdan sonra özünə lazım ola biləcək qədər D vitamini də müxtəlif toxumalarda toplanır. Əgər anada D vitamini depoları lazımi qədər deyilsə körpə D vitamini çatmazlığı ilə dünyaya gələr. Bu vəziyyətdə doğumdan sonra lazımi qədər D vitamini alınmazsa və lazımı qədər  günəş işığına məruz qalmazsa  körpədə (təbiətdəki ultrabənövşəyi şüaların mənbəyi təkcə günəşdir) D vitamini çatmazlığına  bağlı raxit əmələ gəlmə riskini artır.

loading...

Bu səbəbdən körpə və uşaqlarda vitamin D defisiti yaranmasın deyə mütəmadi olaraq təmiz günəşli havada gəzdirmək, uşaqların qida rasionunu tərkibi kalsiumla zəngin  qida maddələri ilə zənginləşdirmək lazımdır.

Dr. Günay Cəbrayılova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...