KÖRPƏDƏ SARILIĞIN ƏLAMƏTLƏRİ

KörpəƏn təhlükəli hal uşaqlarda artıq bilirubinin beyinə toplanması, beyində problemin yaranmasıdır. Vaxtında doğulan uşaqların 60, vaxtından əvvəl doğulanların isə 70-80 % sarılıq müşahidə olunur. Yeni doğulanların keçirdiyi sarılıq böyüklərdəki sarılıqdan fərqlidir.

Sarılıq ən çox uşaqlar anadan olandan 2-3 gün sonra ortaya çıxır. Yeni doğulmuşlarda yaranan sarılıq halı ilə bağlı bir sıra tədqiqatlar aparılıb. Nəticədə məlum olub ki, sarılığın səviyyəsi çox olmadığı hallarda əslində uşaqların xeyrinədir. Sarlığın yaranması fizioloji prosesdir. Amma bir sıra hallarda fizioloji proses zamanı pozuntular da yaranır və bu hal qanda sarılığın çox yüksəlməsinə səbəb olur.

Körpələrdə sarılıq artdıqca dəriyə sarı rəng verməklə yanaşı bir sıra başqa simptomlar da yaradır. Uşaqlarda bilirubin maddəsi artdıqca süstləşmə, yuxululuq, zəiflik müşahidə olunur, əmmədə zəiflik yaranır. Uşaqların incə bir səslə ağlaması da müşahidə edir.

loading...

Uşaqlarda süstlük yaranarsa, uşağı mütləq həkimə aparın. Ən təhlükəli hal uşaqlarda artıq bilirubinin beyinə toplanması, beyində problemin yaranmasıdır. Bu zaman beyində tonus artır, hərəkətlərdə pozuntular yaranır, titrəmələr ortaya çıxır. Bu əlamətlər varsa, deməli qanda bilirubin çox artıb. Yeni doğulan uşaqlarda biluribinin beyində toplanması beynində hərəkəti tənzimləyən yerdə fəsadlara səbəb olması qorxduğumuz haldır.

Sarılıq diaqnozunu dəqiq qoymaq üçün uşağı tam soyundurub gün işığında baxmaq lazımdır. Günəş işığında sarlılığın artdığı, ən başlıcası gözlərdə sarılıq görünürsə, sarılıq göbək səviyyəsindən aşağı enibsə, bütün bunlar risk faktorları sayılır. Ən çox qorxduğumuz hal isə ayaqlarda sarılığın görünməsidir. Bu isə o deməkdir ki, sarılıq çox yüksəlib. Əgər bu halın vaxtında qarşısı alınmasa, fəsadları çox ola bilər.

Uşaqda ilk gündən sonra sarılıq yaranırsa, fizioloji sarılıqdır. Amma burada bilirubinin artma sürəti önəmlidir. sarılıq ikinci gün ortaya çıxa, amma bilirubinin artması sürətlə gedə bilər. Sürətlə irəliləmə gedirsə, deməli bu patoloji kriteriyadır. Ortada risk faktorları varsa, vaxtında doğulan uşaqda iki həftədən çox davam edən, vaxtından əvvəl doğulanlarda isə 3 həftədən artıq sarılıq olursa, hərəkət pozğunluqları yaranırsa, bu, patologiya sayılır.

Fizioloji sarılıq çox zaman 2 və 4-cü gün arasında başlayan bir haldır. Belə hallarda vaxtında doğulan uşaqlarda 7-10 gün ərzində keçən, bəzən isə 14 – 15 günə qədər uzanan sarılıq olur. Fizioloji sarılığın çox zaman müalicəyə ehtiyacı olmur. İstənilən halda uşaqlarda sarılıq müşahidə olunan kimi mütləq həkimə müraciət etmək lazımdır.

Yeni doğulanlarda sarılığın müalicəsi üçün qlükozadan, şəkərli sudan, baldan istifadə olunması ziyanlıdır. Bütün bunlar uşaqlara ziyan verir. Qlükoza qəbul edən uşaqda toxluq hissi yaranır və əslində sarılığın müalicəsi üçün vacib olan ana südünü almır. Qlükoza dediyimiz isə sadəcə, şəkər, karbohidratdı.

Dr. Hüseynova Fidan

loading...

Bunlarıda bəyənə bilərsiniz ...