KÖPMƏNİN SƏBƏBLƏRİ

Qida və ya mayenin tez-tez qəbul olunması nəticəsində havanın həddən artıq miqdarlarda mədə-bağırsaqlara dolması. Bu səbəbdən köpün əmələ gəlməməsi üçün qidanı asta-asta çeynəmək lazımdır.

İnsan qida qəbulu zamanı danışdıqda, saqqız çeynədikdə, çubuq vasitəsilə maye içdikdə, bu da artıq miqdarlarda havanın udmasına səbəb olur ki, nəticədə bağırsaqlarda köp əmələ gəlir.

Bəzi məhsulların qəbulu. Bu məhsullar arasında kələm, noxud, lobya, alma, balqabaq, qarğıdalı, kartof, qoyun əti, qara çörək, süd, mayonez, qazlı içkilər, pivə, kvas. Lakin bunu da nəzərinizə çatdıraq ki, bu məhsullar bütün insanlarda köpməyə səbəb olmur, bu çox fərdi prosesdir.

loading...

Həzm proseslərinin pozulması, fermentlərin çatışmazlığı, disbakterioz (xeyirli mikroorqanizmlərin miqdarının azalması, patoloji mikrofloranın artması), bağırsaqların sorulma funksiyasının pozulması köpün əmələ gəlməsinə səbəb ola bilər.

Bağırsaqların hərəkətliliyi pozulduqda, qida daha uzun müddət ərzində bağırsaqlarda qalır ki, bunun da nəticəsində qıcqırma prosesləri inkişaf edir. Bu proseslərin nəticəsində isə bağırsaqlarda köp əmələ gəlir.

Bağırsaqların hərəkətliliyinin pozulması səbəbləri: bağırsaqların anomaliyaları (məsələn, normadan uzun bağırsaq), mədə-bağırsaq sistemində aparılan cərrahiyyə əməliyyatları, qaraciyər yağlanması, helikobakter, hamiləlik, bəzi dərman preparatların qəbulu və s.

Bağırsaqlarda olan mexaniki maneələr də (şişlər, poliplər, bitişmələr) köpün əmələ gəlməsinə səbəb olur.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...