KOLONOSKOPİYA LAZIMDIRMI

Kolonoskopiya bağırsaq patologiyalı və 40 yaşından yuxarı pasiyentlər üçün mütləq müayinə metodlarından biridir.

Bəzi pasiyentlər onlarda bağırsaqla bağlı hər şeyin yaxşı olduğunu deyir, lakin Kolonoskopiya etmədən bundan əmin olmaq mümkün deyil.

Kolonoskopiya nədir və nəyə gərəkdir?

loading...

Kolonoskopiya  yoğun bağırsağın müayinə üsuludur. Hətta yaxşı hazırlıqla nazik bağırsağın bir hissəsini (son 25 sm) müayinə etmək mümkündür. Müayinə xüsusi cihaz-kolonoskopla əvvəlcə pasiyentin sol tərəfi üstə, sonra arxasi üstə uzanmış vəziyyətində aparılır.

Kolonoskopiya venadaxili sedasiya ilə tam ağrısız şəraitdə aparılır. Kolonoskopiyadan sonra diskomfort kimi halların olmadı mümkündür.

Bir prosedur zamanı bunlar qiymətləndirilir:

Bütün baxış sahəsində selikli qişanın vəziyyəti; həcmli törəmələr (poliplər, şişlər), eroziya və xoralar. Damar şəklinin vəziyyəti, bağırsaq divarının anatomik xüsusiyyətləri (divertikullar, bağırsaq uzanmaları, siqmavari bağırsağın əlavə ilgəkləri)

Prosedur xoş olmasa da artıq 40 yaşından sonra aparılması vacibdir.

Kolonoskopiya zamanı patoloji dəyişiklik aşkar edilmədikdə bir daha 3 ildən sonra aparılması məsləhətdir. Hər hansı bir patologiya aşkarlanarsa , bu artıq individual şəkildə qiymətləndirilir.

Dr. Natavan Xanlarova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...