KOKSAKİ VİRUSU BARƏDƏ

Bir ara itdi sandım, sonra yenə görülməyə başladı. Yoluxma halları sıxlaşdı. Son vaxtlar artıq analar belə bu virusu taniyir. Çünki onunla yoluxma halları çox yayıldı və qəribə klinik şəkli ilə bir çox valdeynləri qorxutdu, uşaqları narahat etdi.Koksaki virusunun adı ilk dəfə onun aşkar edildiyi ABŞ-da bir qəsəbənin adı ilə bağlıdır.

Yoluxucudur. Bir uşaqdan digərinə asanlıqla keçir. Lakin müxtəlif yaşda olan uşaqlar müxtəlif cür keçirir. Bir yaşdan kiçik uşaqlarda bir qədər az yüngül olur. Adətən bu xəstəliyin verdiyi əlamətlər hərarət, ağız içində, ağız ətrafında, ovucda, dabanlarda , barmaqlarda ağrılı, suluqlu. Çox zaman bərk, qızartılı səpkilərin olmasıdır.

Buna görə də “əllər-ayaqlar-ağız” xəstəliyi də adlanır.

loading...

Əsnək qırmızı səpkili-yaralı, badamcıqlar üzəri də eyni şəkilli olur. Bu da digər viruslar kimi ağırlaşma verə bilir və daxil olub çıxma müddətini gözləmək lazım gəlir. Müalicə hərarət salıcı, ağrıkəsici verməkdən ibarət olur. Uşaqlar ayaqlarını da basa bilmir, yeyə bilmir, ağız ətrafı və əlləri daha tez infeksiyalaşan səpkilərlə bürünür.

uşağa mumkun olduqca bol maye vermək

ağız boşluğuna büzücü təsirli spreylər vurmaq

infeksiyalaşmış səpkiləri 3 %-li perekis məhlulu və zelyonka ilə işləmək

bol meyvə-tərəvəz vermək

qaşınma olduğu halda antihistamin vermək lazım gəlir.

yeməyi duru və ilıq halda vermək

Dr. Aytən İsmayilzadə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...