KİMYƏVİ PİLİNQ

Kimyəvi pilinq dərinin görünüşünü yaxşılaşdırmaq üçün istifadə olunan bir prosedurdur. Əgər dəri sağlam və cavandırsa pilinq dəri hüceyrələrinin yenilənməsi üçün edilir.

Dəridə yaranan ölü hüceyrələrin balaca ölçüdə olmasına baxmayaraq, onları təmizləmədikdə, məsamələrin tutulması baş verir. Bu isə dərini nəfəs almağa qoymur, nəticədə dəri qalın və kobud olur, dərinin rəngi boğulur və o, xəstə və solğun görkəm alır.

Pilinq orqanizmin müdafiə reaksiyasını stimulə edərək hialuron turşusu, kollagen və elastin sintezini artırır. Bu da öz növbəsində dərinin relyefini hamarlaşdırır, tonusunu artırır və qırışlardan azad edir. İltihab əleyhinə, cavanlaşdırıcı, liftinq effektləri də vardır.

loading...

Kimyəvi pilinq müalicəvi təsir göstərir:

Piqment ləkələri

Sızanaq izləri və çapıqları

İncə və orta qırışlar

Günəş ləkələri

Dəridə lezyonlar

Pilinq – hər bir dəri növü və hər yaş dövrü üçün uyğun olan unikal prosedurdur. Dərinin sağlam vəziyyətdə saxlanılması üçün periodik olaraq edilməlidir. Dəri tipinə uyğun olaraq kosmetoloq-həkim sizə hansı pilinq növünün lazım olduğunu təyin edir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...