KİMLƏRDƏ DİABETİK PƏNCƏ YARANIR

Şəkər xəstəliyi olan hər insanda ayaqda bu yaralar əmələ gələ bilər. Xüsusilə şəkər xəstəliyi olan yaşlı kişilərdə, insulin istifadə edən xəstələrdə və şəkər xəstəliyi ilə əlaqədar böyrək, göz və ürək  problemləri olan insanlarda ayaqda yara əmələ gəlmə riski daha çoxdur. Alkoqol və siqaret istifadəsi də provokasiya edici faktorlar arasındadır.

PrediabetŞəkər xəstələrində ayaq yaraları necə formalaşır?

Şəkər xəstələrində ayaq yarası bir çox faktorun  birlikdə təsirindən meydana gəlir. Bu faktorlardan ən önəmliləri şəkər xəstəliyi səbəbi ilə  ayaqda hissiyyatın azalması, qan dövranının pozulması, ayaqların quruluşunda gedən dəyişikliklər, təkrarlanan cızılmalar, yaralanmalar və şəkər xəstəliyinin uzun müddətdir olmasıdır. Şəkər xəstələrində illər keçdikcə, sinirlərin yüksək qan şəkəri təsirindən zərər görməsi nəticəsində neyropatiya inkişaf edir və ayağın hissiyyatı zaman keçdikcə itir.

loading...

Nəticədə xəstələr ayaqlarını bir yerə vurduqda, yandıqda, ayaqqabı vurduqda və ya yad cisim batdıqda əmələ gələn yaranı hiss etmirlər. Bu səbəblərdən va ya özbaşına yara əmələ gəlir. Bunlardan başqa xəstələrin ayağa gedən damarlarında tıxanıqlıq olur. Damardakı tıxanıqlıq və nəticədə ayağa gələn yetərsiz qan axımı, şəkər xəstəliyinin neqativ təsirlərindən formalaşan yara çox vaxt öz özünə keçmir və irəliləyir. Yara iltihablaşdıqda prosess daha da dərinləşir.

Xəstələrin əksəriyyətinin yaşlı, baxıma möhtac olan və görmə problemi olan insanlar olması, yarada ağrının olmaması yaranın gec aşkar olunmasına səbəb olur. Ümumilikdə bu  xəstələr yara problemli vəziyyətə keçdikdən sonra həkimə müraciət edirlər.

Şəkər xəstələrində ayaq yaraları necə müalicə olunur?

Ayaqda yara əmələ gəldikdə məqsəd tez bir zamanda yara sağalmasını təmin etməkdir. Sağalma müddəti nə qədər qısa olarsa yaranın infeksiyalaşma və gangrena kimi ağırlaşmalara gətirib çıxartma riski azalmış olur. Müalicənin təmin olunması üçün bəzi  faktorlar önəmlidir.

Bunlar:

İnfeksiyanın qarşısı alınmalıdır,

Yara nahiyəsinə təzyiq və ağırlıq ortadan qaldırılmalıdır,

Ölü toxuma təmizlənməlidir (debridman),

Yaraya uyğun sarğı və baxım edilməlidir,

Qan şəkəri tənzimlənməlidir,

Əgər varsa qan dövranı problemləri  müalicə olunmalıdır

İnfeksiyalaşmış yaralara  uyğun antibiotiklə müalicə seçilməlidir.

Yaranı infeksiyadan qorumaq üçün edilməlidir:

Qan şəkərinin kontrol altında tutmaq,

Yaranı təmiz və sarğılı tutmaq,

Yaranı hər gün təmizləmək,

Ayaqyalın gəzməmək.

Diabet xəstələrində ayaq baxımı üçün məsləhətlər.

Siqareti tərgidin

Dənizdə,evdə ,yəni daimi olaraq tərlikdən istifadə edin.Ayaqyalın gəzməyin.

Ayaqlara isti vanna etməyin.Mütləq suyun temperaturunu kontrol edin.

Dırnaq kəsimi önəmlidir. Vannadan sonra dıqrnaqları düz olaraq kəsin. Dırnaq kənarlarını dərin kəsməyin.Kəskin dırnaq kənarlarını cilalayın. Kəsməkdə çətinlik çəkirsinizsə kiminsə yardımından yararlanın.

Pedikur elətdirməyin.

Ayaqlarınızı hər gün ilıq su ilə yuyun, dəsmalla tam qurulayın. Xüsusilə barmaq aralarının nəm qalmamasına diqqət edin. Çünki nəm mühitdə barmaq aralarında göbələk xəstəliyi əmələ gələ bilər.Ayaqlarınızı hər gün müayinə edin :cızıq ,yara ,sıyrılma,qızartı və s dəyişikliklər olarsa zamanında tədbir görün. Hər axşam ayaqlara nəmləndirici krem çəkin (vazelin də istifadə edə bilərsiniz)

Pambıq corab geyinin. Corabın sıx olmamasına,dəridə iz qoymamasına diqqət edin.Ayaqlar tərlədikcə corabı dəyişdirin.

Ayaqqabı bol və ya dar olmamalı, ayaq şəklinizə uyğun olmalı, ucu iti və topuqlu olmamalıdır. Barmaq aralarına girən tərlik və ya sandal tipli ayaqqabılar almayın. Yumuşaq dəridən tikilmiş ayaqqabılara üstünlük verin. Ayaqqabı almağa axşam saatlarında gedin. Çünki bu saatlarda ayaqların ən şişkin olduğu zamandır. Ayaqqabı alarkən moda və gözəllik deyil, ayaq sağlığınızı düşünün. Ayaqqabınızı corabsız geyinməyin.

Ayaqlarınızda döyənək varsa döyənək üçün olan plastırlar,qayçı və s kəsici alətlər istifadə etməyin.

Ayaqlarınız çox tərləyirsə corablarınızı tez-tez dəyişin.Ayaqlarınız nəm və ya islaq qalmamalıdır.

Ayaqlarınıza isti su torbaları, istiqraclar, digər istilik alətləri istifadə etməyin. Bunlar yara və yanıqlara gətirib çıxara bilər

Zamanında düzgün qulluq etməklə Diabetik pəncə kimi ağırlaşmaların əmələ gəlməsinin qarşısını alın.

Dr. Bilqeyis Mustafayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...