KƏSKİN REVMATİK QIZDIRMA

Kəskin revmatik qızdırma infeksion allergik xəstəlik olub, bəzən çox ciddi ağırlaşmalara gətirib çıxarır.

KörpəXəstəlik keçirilmiş angina, farinqit, skarlatinadan sonra yarana bilir. Xəstəliyi streptokokk adlanan mikrob törədir. Bir çox uşaqlar tez-tez angina (boğazda badamcıqların iltihabı) ilə xəstələnən zaman analar evdə hərarəti salıcı dərmanlar verir, boğazı silir və s. metodlarla uşağın sağalmasına nail olurlar.

Əslində isə xəstəliyi törədən mikrob məhv edilmədiyi üçün bir müddət sonra revmatizm baş qaldıra bilir. Bu xəstəlik – oynaqları, sinir sistemini, böyrəkləri, qaraciyəri, ağciyəri, gözü, dərini və ən əsası ürəyi zədələyib ciddi hallara ürək qüsurlarına və əlilliyə gətirib çıxara bilər.

loading...

Uşaqda hərarət, oynaqlarda şişkinlik, ağrı, təngnəfəslik, burun qanaxması, dəridə qızartı, düyünlər ola bilər. Sinir sistemi zədələndikdə belə uşaqlar tez yorulur, yuxu bəzən pozulur, uşaq ağlağan, aqressiv olur, əhvalı tez tez dəyişir, yazı yazdıqda xətti pis olur. Bu zaman tiklər – uşaqda qeyri iradı təkrarlanan hərəkətlər: məsələn qaşları yuxarı dartmaq, çiyini qaldırmaq, dişləri qıcama, nitq pozğunluğu, əllərin ayaqları yellətmə, tez-tez təkrarlanan quru öskürək və s. olur.

Xəstəliyin müalicəsi xəstəliyi törədən mikrobla mübarizə, iltihab əleyhinə vasitələr və sairədən ibarətdir. Lakin sonra xəstəliyin növbəti hücumlarının qarşısını almaq üçün profilaktik müalicələr aparmaq lazımdır. Xəstəliyin profilaktikası bir çox ölkələrdə 21 yaşa qədər, bəzi ölkələrdə hətta 40 yaşa qədər aparılır.

Dr. Pediatr-Naturopat Aida Rəşidova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...