KƏPƏK DİQQƏTƏ ALINASI PROBLEMDİR

SaçlarKəpək vaxtaşırı insanın həyat keyfiyyətini zədələyən bir problemdir. Kəpəyin ilk növbədə əmələgəlmə səbəbini araşdırmaq gərəkdir. Beləki bəzən kəpək dəri xəstəliklərinin əlaməti ola bilər.

Kəpək niyə yaranır?

Soyuq və quru havalarda

loading...

Saçların dibi təmizlənmədikdə

Şampundan sonra saçı normal durulamadıqda

Az darandıqda

Quru dərilərdə

Sink, B vitamini, bəzi yağ turşularının çatışmazlığı nəticəsində

Stress, yaş, cinsiyyət kimi hormonal faktorlar

Keyfiyyətsiz saç boyalarından istifadə

Saçları az və ya çox yumaq

Saç gelləri, sprey, müxtəlif saç şəkilləndiricilərin daimi istifadə olunması.

Kəpək nə vaxt problem sayılır?

Dəri xəstəliklərinin əlaməti olaraq əmələ gəldikdə kəpək qalıcı problemə çevrilə bilir. Bu zaman ev şəraitində istifadə olunan şampun, yerli vasitələr kömək etmir.

Saçlı dəridə qaşıntı, kəpək probleminin əsas və daha çox rast gəlinən səbəblərindən biri Seboreya dermatitidir. Seboreyalı dərilərdə çox vaxt prosesə Malassezia göbələyi qoşulur. Malassezia dərimizdə olan və zərərsiz bir göbələk növüdür. Lakin dərinin piy vəzilərinin aktivliyinə təsir edən Seboreya dermatiti zamanı bu göbələk kontrolsuz şəkildə artır və ciddi kəpəklənməyə səbəb olur. Vaxtında müalicə edilmədikdə saç kökləri zədələnir, saç tökülməsinə səbəb olur. Bundan başqa psoriaz, ekzema, saç dərisinin bakteriya və göbələk mənşəli xəstəlikləri də kəpək probleminə gətirib çıxarır.

Kəpəyin qarşısı necə alınır?

Səbəb olan xəstəlik müalicə olunmalıdır

Saçlar vaxtaşırı yuyulmalıdır

Saç spreyləri, gel, saç şəkilləndiricilərdən istifadə edilməməlidir

Stressdən uzaq olmaq

Sink, B qrup vitaminlərlə zəngin qidalar qəbul etmək

Saçlar hər gün daranmalıdır

Saçların dibi fırçalanmalıdır

Saç dibinin havalanmasını təmin edilməlidir

Dr. Bilqeyis Mustafayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...