İNSAN VƏ HEYVAN FİZİOLOGİYASI PDF

İnsan və heyvan fiziologiyası bioloji elmlərin bölmələrindən biridir və digər bioloji elmlər kimi canlı təbiət aləminin dinamikasını öyrənir. Fiziologiya yunan dilində hərfi tərcümədə fizio – təbiət, loqos – elm deməkdir.

Fiziologiya – canlı orqanizmin və onu təşkil edən orqan, hüceyrə və molekulların funksiyalarının dinamik öyrənilməsi haqqında elmdir. Bu elm daima tibb elmi ilə yanaşı, inkişaf etmişdir.

Əsrlər boyu, elə indi də insan fiziologiyası, tibbi fiziologiya, məqsəd və vəzifələri, hər şeydən əvvəl, insanların və heyvanların sağlamlığını öyrənməyə yönəlmişdir. O, orqanizmin quruluşunu öyrənən anatomiya elminə əsaslanır və öz tarixi mənşəyini anatomiya elmindən götürür. Bizim yüzillikdə biokimya elminin, fizioloji kimya, fiziologiyadan ayrılıb müstəqil bir elm kimi fəaliyyət göstərməsinə zəmin yaratmışdır. Məsələn, fiziologiya elmi canlı orqanizmin onu əhatə edən xarici mühitlə mübadilə prosesində əlaqəsini təmin edən fizioloji prosesləri öyrənməklə yanaşı, orqanizmin xarici təsirlərə cavab reaksiyalarını və öz növbəsində orqanizmin özünün də xarici mühitə təsir yollarını öyrənir.

loading...

Beləliklə, fiziologiya orqanizmin funksional prosesləri və fəaliyyəti arasında qarşılıqlı əlaqəni bir bütöv – tam kimi öyrənir.

Fiziologiyanın son məqsədi funksiyanın mexanizmini elə dərindən dərk etməkdir ki, bu ona funksiyaya istənilən istiqamətdə fəal təsir etməyi təmin edə bilsin.

Tibb elminin nəzəri əsasını təşkil edən fiziologiya klinik təbabətin inkişafında əsas rol oynayır.

Əliyev Ə. H., Əliyeva F. Ə., Mədətova V. M. İnsan və heyvan fiziologiyası. Bakı, «Bakı Universiteti» nəşriyyatı, 2008, 600 s. pdf yüklə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...