İMMUNİTETİN NÖVLƏRİ VƏ FORMALARI

Mənşəyinə və formalaşma xüsusiyyətlərinə görə immunitet anadangəlmə (irsi) və qazanılmış immunitetə bölünür.

İmmunitetAnadangəlmə immunitet hər hansı bir antigenə, yaxud mikroorqanizmə qarşı qeyri-həssaslıq olub irsi olaraq nəsildən-nəslə ötürülür. İnsanlar heyvanların bəzi xəstəliklərinə, məsələn, toyuq vəbasına qarşı qeyri-həssasdırlar. Eləcə də heyvanlar insanların bəzi xəstəliklərinə yoluxmurlar.

Anadangəlmə immunitet nisbidir bu özünü ilk növbədə orqanizm üçün əlverişsiz şəraitdə göstərir.  Məsələn, L. Paster  toyuqların ayağını soyuq suda saxlamaqla onları süni olaraq qarayara xəstəliyi ilə yoluxdurmağa müvəffəq olmuşdur, hərçənd təbii şəraitdə toyuqlarda bu xəstəliyi qarşı  immunitet olur.

loading...

Qazanılmış immunitet orqanizmin bütün həyatı boyu mikroorqanizmlərlə , yaxud digər antigenlərlə təmasından sonra formalaşır bir qayda olaraq nəsildən-nəsilə ötürülmür.  Qazanılmış immunitet  təbii və süni olmaqla iki yerə bölünür.

Təbii qazanılmış immunitet aktiv və passiv ola bilər.  Aktiv immunitet orqanizmin bilavasitə iştirakı ilə keçirilmiş xəstəlikdən sonra formalaşır ona görə də onu bəzən postinfeksion immunitet də adlandırırlar. Bəzi infeksiyalardan, məsələn, qızılca, su çiçəyi, və taundan sonra ömürlük immunitet əmələ gəlir.  Lakin bir çox infeksiyalardan sonra əmələ gəlmiş immunitet qısamüddətli olur.

Bəzi hallarda immunitet törədicilərin orqanizmə kiçik dozalarda – böhran dozadan daha az dozalarda daxil olması  nəticəsində də formalaşa bilər (məişət immunizasiyası) .  Aktiv immunitetin başlıca üstünlüyü davamlı olmasıdır. Onun əsas çatışmazlığı isə immun cavabın, xüsusilə də birincili cavabda tədricən yavaş-yavaş formalaşmasıdır.

Passiv immunitetin formalaşmasında orqanizm bilavasitə iştirak etmir və ana bətnində  olarkən yenidoğulmuşlara plasenta vasitəsilə ötürülür. Ona görə buna bəzən transplasentar immunitet də deyilir. İmmunitetin bu növü uzun müddətli olmayıb adətən 6-8 ay davam edir.

Lakin buna baxmayaraq həyatın ilk vaxtlarında yenidoğulmuşların bir çox infeksiyalara qarşı qeyri-həssaslığını təmin etməklə mühüm əhəmiyyətə malikdir. Göstərilən immunitet həmçinin ana südü vasitəsilə də ötürülür.

Süni qazanılmış immunitetdə orqanizmin iştirakından asılı olaraq aktiv və passiv ola bilər.  Aktiv immunitet öldürülmüş, zəiflədilmiş və ya canlı mikroorqanizmlərə, yaxud onların antigenlərilə, başqa sözlə vaksinlərlə immunizasiya nəticəsində süni olaraq formalaşdırılır.

Bu halda orqanizmdə güclü immun reaksiyalar-anticisimlərin sintezi Th- vəTs-limfositlərin aktivləşməsi müşahidə olunur. Passiv immunitet orqanizmə hazır anticisimlərin yeridilməsi nəticəsində formalaşır.

Bu zaman immunitet müvafiq anticisimlərin orqanizmə yeridilməsindən dərhal sonra formalaşır, lakin nisbətən qısa bir müddətdə, adətən 15-20 gün müddətində mövcud olur.  Belə ki, yeridilmiş anticismlər parçalanır və oqanizmdən kənarlaşdırılır.

Məsələn, difteriya, tetanus , botulizm və s. əleyhinə anticisimlərin istifadəsi toksinlərin tez bir zaman da neytrallaşması ilə nəticələnir.  Analoji olaraq müəyyən viruslara qarşı anticisimlər xəstəliyin gizli dövründə virusların çoxalmasını  məhdudlaşdıra bilər.

Yönəldiyi obyektlərə görə isə immunitetin aşağıdakı formaları məlumdur. Mikrooqanizmlərə qarşı antimikrobonların toksinlərinə qarşı – antitoksik , transplantasiya olunmuş toxuma və hüceyrələrə  qarşı-transplantasiya və şiş əleyhinə immunitet fərqləndirilir. Yuxarıda göstərilənlərdən başqa steril və qeyri-steril immunitet  məvhumları da mövcuddur.

Steril immunitet törədicilərin  orqanizmdən tamamilə kənarlaşdırılmasını təmin edir. Qeyri-steril immunitet isə törədicilərin orqanizmdən kənarlaşdırılmasını təmin edə bilmir. Ona görə də bunu bəzən infeksiyon immunitet də adlandırırlar. Qeyri-steril immunitet vərəmdə sifilisdə və s. xəstəliklərdə müşahidə edilir.

Amillərindən asılı olaraq qeyri-spesifik və spesifik immunitet  fərqləndirilir. İnsan orqanizmi yad maddələrdən-antigenlərdən çoxsaylı müdafiyə amilləri vasitəsilə qorunur . Bunları şərti olaraq qeyri-spesifik və spesifik müdafiə amilləarinə bölmək olar. Qeyri-spesifik müdafiyə amilləri orqanizmə daxil olmuş antigenlərin növündən asılı olmayaraq daim fəaliyyət göstərir, başqa sözlə spesifikliyə malik deyil.

Qeyri-spesifik mexanizmlər kənar, yad maddələrlə təkrar görüşmələrdə daha qüvvətli cavab vermək üçün xatırlamaq yadda saxlamaq qabiliyyətinə malik deyil. Spesifik amillərin  fəaliyyəti isə orqanizmə daxil olmuş antigenlərin növündən asılı olur. Spesifik amillər yad maddəni tanıyır, onunla anticisimlər,yaxud hüceyrələr vasitəsilə spesifik əlaqədə olur. Eyni zamanda qeyd etmək lazımdır ki qeyri-spesifik müdafiyə mexanizmləri bir-birilə sıx əlaqəli fəaliyyət göstərirlər.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...