İFRAZAT ORQANLARININ XƏSTƏLİKLƏRİ

Papillomavirusİfrazat orqanlarının ən geniş yayılmış xəstəliklərinə onların zədələnmələri, iltihabı, vərəmi, xərçəngi, böyrək daşları və sidik kisəsi daşları aiddir.

Böyrəklərin travması, zədələnməsi zamanı ilk əlamət güclü ağrının  olmasıdır; bel nahiyəsində qızartı, şişkinlik, qanla qarışıq sidik ifrazı  müşahidə edilir. Böyrəyin zədələnmələrində şok və daxili qanaxmaların olması təhlükəlidir.

Xəstəni tez xəstəxanaya yerləşdirmək və şoka qarşı mübarizə aparmaq lazımdır. Böyrək nahiyəsinə buz, qankəsici vasitələr, antibiotiklər təyin edilir.

loading...

Böyrəklərin iltihabi xəstəlikləri orqanizmin infeksion xəstəliyə tutulması və ya infeksiyanm sidik kisəsinə keçməsi nəticəsində törənir.

Pielonefrit. Xəstəlik birdən-birə qabırğa altında və beldə ağrılarla başlanır, üşütmə verir, temperatur yüksəlir, ürəkbulanması, qusma müşahidə edilir. Böyrək böyüyür, əllə yoxladıqda ağrılı olur.

Sidikdə və qanda dəyişikliklər baş verir. Xəstəlik vaxtında və düzgün müalicə edilməzsə, xronik formaya keçə bilər.

Müalicədə əsas diqqət diurezi artırmağa yönəldilməlidir. Çünki sidiklə birlikdə orqanizmdən toksinlər ifraz olunur. Antibiotiklər işlədilir, urotropin, sulfanilamid preparatları təyin edilir. Ağrıları azaltmaq üçün ağrıkəsici- lərdən istifadə olunur, böyrək nahiyəsinə isidicilər qoyulur.

Müalicə xəstəliyin bütün simptomları çəkilənədək aparılır. Pionefroz böyrəyin digər iltihabi xəstəliklərindən sonra inkişaf edir. Böyrək toxumalarında irin toplanır, toxumalar atrofiyaya uğrayır. Bəzən irin sidiklə xaricə də açıla bilər. Xəstəliyin müalicəsi yalnız cərrahi yolladır. Xəstə böyrəyi kənar edirlər.

Böyrəyin və sidik axarlarının daşları. İlkin və ikincili böyrək daşları ayırd edilir, ilkin (aseptik) daşların əmələ gəlməsi orqanizmdə mübadilənin pozulması ilə əlaqədardır. İkincili daşlar sidik ifraz edən orqanlarda infeksiyanın səbəb olduğu yerli zədələnmələr nəticəsində əmələ gəlir.

Daşların ölçüləri, forması və miqdarı çox müxtəlifdir. Çox vaxt böyrəklərdə çoxlu daşlar müşahidə olunur, bəzən onların miqdarı onlarla və hətta yüzlərlə olur.

Sidikdaşı xəstəliyinin simptomları böyrək sancıları, bel nahiyəsində ağrı, hematuriya, piuriya və xırda daşların sidiklə xaric olmasıdır.

Bütün bu simptomlar, axırıncı müstəsna olaraq, başqa böyrək xəstəliklərində də ola bilər. Sidik daşları xəstəliyində ən xarakterik simptom böyrək sancısıdır. Sancı tutması, yəni bel nahiyəsində ən kəskin ağrılar birdən, tamamilə sağlam ikən, bəzən yuxuda baş verir.

Böyrək sancısına, adətən, xırda, hərəkət edən daşlar səbəb olur; bunlar sidik axarında asan surətdə sıxılıb əzilir. Ləyəndə və ya kasacıqlarda olan, hərəkət etməyən, hətta böyük daşlar sidiyin axmasına mane olmadıqda böyrək sancısı tutmalarına səbəb olmur.

Sistit və ya sidik kisəsinin iltihabı, əsasən infeksiya nəticəsində baş verir. Çox vaxt sistitə irintörədici mikroblar səbəb olur. Kisədə iltihabın inkişafına müxtəlif travmatik zədələnmələr, sidik durğunluğu, daş, digər yad cisimlərin olması və s. amillər də şərait yaradır. Bir sıra hallarda xəstəlik kateterizasiya etdikdə aseptikanm pozulması nəticəsində inkişaf edir. Xəstəliyin davam etdiyi müddətdən asılı olaraq, sistit kəskin və xronik olur.

Cinsiyyət orqanlarının anomaliyaları. Cinsiyyət orqanlarının inkişaf prosesi pozulduqda, bir sıra anomaliyalara təsadüf edilir.

Xayalarda anomaliyalar miqdarca və vəziyyətinə görə müxtəlif olur. Bəzən bir, nadir hallarda isə üç xaya olur. Vəziyyətcə anomaliyalara xayaların yolda qalması, yerlərini dəyişməsi və dönmələri aiddir.

Yumurtalıqlarda da miqdar, şəkil və vəziyyətcə anomaliyalara təsadüf edilir.

Uşaqlığın əsas anomaliyalarma ikili, ikibuynuzlu və birbuynuzlu uşaqlıq aiddir.

Uşaqlıq yolunun anomaliyalarma ikili, arakəsməli və yarımarakəsməli uşaqlıq yolu aiddir.

Qızlıq pərdəsinin anomaliyalarma qızlıq pərdəsinin bütöv (dəliksiz) olması, saçaqlı, xəlbirəbənzər qızlıq pərdəsi və s. aiddir.

Xarici cinsiyyət orqanlarının anomaliyalarma yalan xonsalıq  aiddir. Belə halda daxili cinsiyyət orqanları bir cinsiyyətə aid olduğu halda, xarici cinsiyyət orqanları başqa cinsiyyətinkinə oxşayır, yəni kişi olduğu halda, xarici cinsiyyət orqanları qadınlarmkına oxşayır və ya qadın olduğu halda, xarici cinsiyyət orqanları kişilərinkinə oxşayır.

Yalan xonsalıqdan başqa bir də həqiqi xonsalıq var. Belə halda bir şəxsdə hər iki cinsiyyət vəzisi, yəni həm xaya və həm də yumurtalıq olur.

Yumurtalıqların şişləri. Qranulyoz hiiceyrəli şişlər, follikulomalar və tekomalar qadınlarda çox vaxt uşaq yaşlarında və ya klimakterik dövrə yaxın rast gəlir.

Klinik gedişi. Xəstəlik 3-5 yaşlarında başlandıqda uşaqlarda vaxtından erkən cinsi yetişmə əlamətləri inkişaf edir. Estrogenlərin miqdarı artdığından, sümüklərin boy zonası tez bağlanır. Şiş böyük yaşlarda başladıqda, xəstə qadınlar aybaşının pozulması dövründən asılı olmayan uşaqlıq qanaxmalarından, qarında qasıq nahiyəsinə və belə irradiasiya edən ağrılardan şikayətlənirlər.

Qadınlar yaşlarına nisbətən cavan görünürlər. Cinsiyyət orqanlarının yaşla əlaqədar olaraq atrofiyalaşması belə xəstələrdə olmur. Androgenlər ifraz edən şişlər zamanı virilizm (ikincili kişi cinsi əlamətlərinin olması) əlamətləri inkişaf edir.

Klimaks. Klimakterik nevroz. Klimaks – qadın həyatında reproduktiv dövrdən menopauzaya keçmə dövrünədək olan fizioloji vəziyyətdir. Klimaks vaxtı aybaşı kəsilir, yumurtalıqların homıonal və generativ funksiyası tədricən sönür. Qadınlarda ovulyasiyanm və reproduksiya qabiliyyətinin kəsilməsi, adətən, 45 – 55 yaşlar arasında başlanır. Əgər aybaşı 40 yaşa qədər kəsilərsə, buna erkən klimaks, 50 yaşdan sonra kəsilərsə, gecikmiş klimaks deyilir.

Klimakteriyanın (klimaksın) mənşəyində mərkəzi sinir sisteminin, xüsusən hipotalamusun müəyyən mərkəzlərində yaşla əlaqədar dəyişikliklər, hipofizin qonadotrop funksiyasının tənziminin pozulması əsas yer tytur. Klimakteriya dövründə cinsiyyət vəzilərinin funksiyadan qalması normal fizioloji vəziyyətdir və adətən, orqanizmdə xüsusi pozulma törətmir. Xəstəlik həm aybaşı dövründə, həm də aybaşısız ola bilər. Bəzən klimakterik nevroz merıopauzadan 10 – 15 il sonra başlanır. Patoloji klimaksa, klimakterik nevrozdan başqa, uşaqlıqdan disfunksional qanaxmaları da aid edirlər.

Xəstəlik zamanı cinsiyyət orqanlarında, süd vəzilərində və s. atrofik dəyişikliklər əmələ gəlir. Yumurtalıqlar qırışır və sərtləşir, onların damarlarında ateromatoz proseslər və skleroz əlamətləri tapılır. Uşaqlıq əzələləri kiçilir, əzələ hüceyrələri atrofıyalaşır, uşaqlığın divarları nazikləşir. Uşaqlıq yolu qırışır, epiteli yastılaşır, toxumalarının elastikliyi itir. Histoloji müayinədə müxtəlif inkişaf dövründə olan follikullar, onların boşalması, birləşdirici toxumanın inkişafı, xırda kistoz dəyişikliklər tapılır.

Qadınların çoxunda klimaks orqanizmdə pozulma vermədən keçir, digər hallarda isə klimakterik nevroz inkişaf edir. Klimakterik nevroz əksər qadınlarda yüngül keçir və 1-2 ilədək davam edir. Ancaq bəzi hallarda xəstəlik ağır gedişli olur, bir sıra əlamətləri illərlə davam edir. Xəstəliyin xarakterik əlaməti bədəndə istilik hissiyyatının yaranmasıdır.

Vegetativ-sinir pozulmalarından ən çox rast gələni «istiləşmə», tərləmə, başgicəllənməsi, başda və qulaqlarda küy, ürəkdöyünmə, ətraflarda paresteziyalardır. Klimak- terik nevroz üçün ən xarakterik olan qısamüddətli böhran əlamətləri ilə başlanıb qurtaran vəziyyətdir. Bu hal 30 saniyədən 1 – 2 dəqiqəyədək çəkir, «istiləşmə», tərləmə, gözlərdə qaralma, ürəkdöyünmə, başgicəllənmə ilə keçir.

Bir sıra xəstələrdə qızışma hissiyyatı daha çox davam edir, bəzən sifətin qızarması və ümumi tərləmə ilə müşayiət olunur, yavaş-yavaş başlanır və tədricən keçib gedir. Bəzən “istiləşmə” vaxtında hava çatışmazlığı hissi olur, tənəffüs tezləşir və nəfəsalma dərinləşir.

Klimakterik nevroz zamanı xəstələr çox vaxt ürək nahiyəsində ağrıdan və ürəkdöyünməsindən şikayətlənirlər. Bu ağrılar uzunmüddətli olur, fiziki işlə əlaqədar olmur, əsəbilik vaxtında artır, bəzən isə heç bir aşkar səbəb olmadan sakitlik vaxtı belə əmələ gəlir. Ağrılar adətən ürəyin zirvəsində olur. Çox vaxt ağrılar göynədici və deşici, az hallarda sıxıcı xarakter daşıyır, bəzi xəstələrdə kürəyə və sol qola irradiasiya edir.

Çox vaxt klimakterik nevrozlu xəstələrdə normal qan təzyiqi vaxtı başağrıları olur. Klimakterik nevroz ətraflarda paresteziyalar, onların keyləşməsi, çox vaxt qəbizlik və meteorizmlə keçir.

Klimakterik nevroz vaxtı bir sıra xəstəliklərə – hipertoniya xəstəliyi, ateroskleroz, piylənmə, şəkərli diabet, xronik qeyri-spesifik poliartrit və mübadilə poliartritlərinə meyllik artır. Klimakterik nevroz bu xəstəliklərlə yanaşı gedirsə, hormonal müalicə bunların bəzilərinin gedişinə də xoş təsir göstərir. Qadınların çoxunda menopauzadan sonrakı dövrdə osteoporoz başlanır.

Bu, sümük kütləsinin azalmasına, xüsusən fəqərələrin kiçilməsinə, sıxılmasma, fəqərə sütununun əyilməsinə, boyun kiçilməsinə, beldə və aşağı ətraflarda ağrılara səbəb olur. Estrogenlər və androgenlərlə kombinələşmiş müalicə, prosesin inkişafının qarşısını almağa imkan verir.

Hipoqonadizm. Hipoqonadizm kişilərdə xayaların funksional çatışmazlığı nəticəsində daxili və xarici cinsiyyət orqanlarının, cinsiyyət vəzilərin və ikincili cinsi əlamətlərin inkişafdan qalmasıdır.

Xəstəliyin səbəbi bəzi hallarda xayaların anadangəlmə aplaziyası və ya hipoplaziyası olur, başqa hallarda cinsiyyət orqanları uşaqlıq və ya gənclik dövründə inkişafdan qalır. Xayaların anadangəlmə inkişafdan qalmasının səbəbi hamiləlik vaxtı ananın keyfiyyətsiz qidalanması, infeksion xəstəliklər və intoksikasiyalar ola bilər.

Hipoqonadizm zamanı xayaların pan degenerativ dəyişikliklər və kanalcıqlar arasında birləşdirici toxumanın inkişafı aşkar edilir. Prostat vəzi atrofiyalaşır, vəzi elementləri azalır, birləşdirici toxuma artır. Xayaların əlmə hipoplaziyasıııda və ya onların uşaq yaşlarında zədələnməsi zamanı xarici cinsiyyət orqanları kəskin surətdə inkişafdan qalır, ikmcili cinsi əlamətlər olmur. Testikulyar çatışmazlıq pubertat dövründə başlanıbsa, xarici cinsiyyət orqanları müəyyən dərəcədə inkişaf edə bilir, ancaq xayalar kiçik olur, ikincili cinsi əlamətlər zəif inkişaf edir.

Davamlı əvəzedici və ya stimuləedici homıonal müalicə həm birincili, həm də ikincili hipoqonadizmin bir çox əlamətlərinin zəifləməsinə səbəb olur. Tam sağalma olmur.

Kişi klimaksı. Kişi klimaksı orqanizmin normal fizioloji vəziyyətidir. Bu, hipotalamus-hipofiz-qonadlar sistemində neyroendokrin qarşılıqlı münasibətlərin yaşla əlaqədar olaraq dəyişilməsi nəticəsində, cinsiyyət vəzilərinin funksiyalarının itməsi ilə keçir.

Klimakterik nevroz kişilərdə ürək-damar sistemi, sinir sistemi və psixikada, cinsiyyət orqanları, sidik, həm də endokrin sistemində pozulmalarla keçə bilər. Kişilərdə klimaks 45-60 yaşlar arasında baş verir. Klimakterik nevroz isə kişilərin 10-20 %-də müşahidə edilir.

Kişilərdə klimaks qadınlara nisbətən tədricən başlanır, adətən, cinsi potensiyanın zəifləməsi ilə keçir. Cinsi meyllik çox vaxt zəifləyir, bəzi hallarda’ isə artır. Klimakterik nevroz kişilərdə ürək-damar sistemində dəyişikliklər, ürək nahiyəsində ağrılar, ürəkdöyünmə, paroksizmal taxikardiya tutmaları, çox vaxt tranzitor və ya daimi hipertoniya, başda istiləşmə, tərləmə, parasteziyalar və s. şəklində meydana çıxır.

Sinir-psixi pozulmalar qıcıqlanma, ağlağanlıq, yaddaşın zəifləməsi, əsassız qorxu hissi, depressiya və bəzən psixozlar’şəklində aşkara çıxır. Sidik- cinsiyyət sistemində potensiyanın zəifləməsi, sidik ifrazının pozulması, çətinləşməsi, sidik kisəsi nahiyəsində küt ağrılara təsadüf olunur.

Prostat vəzinin iltihabı. Prostat vəzinin iltihabı (prostatit) çox vaxt cinsi həyat dövründə müşahidə olunur. İltihaba prostat vəziyə irintörədən müxtəlif mikroblarm keçməsi səbəb olur. Mikroblar, adətən, sidik ifrazı orqanlarında müxtəlif iltihabı proseslər olduqda prostat vəziyə keçir.

Süzənək xəstəliklərinin miqdarının azalması ilə əlaqədar olaraq son illərdə prostatit xeyli az təsadüf edilir. Yadda saxlamaq lazımdır ki, sidik kanalını kateterizasiya etdikdə də prostat vəziyə infeksiya keçirmək olar.

Prostat vəzinin iltihabını kəskin və xronik formaya ayırırlar. Xəstələr sidiyin ləngiməsini, anusda defekasiya vaxtı qüvvətlənən bərk ağrılar hiss edirlər. Sidik ifrazına tez-tez ehtiyac hissi oyanır, lakin sidik çətinliklə, damcı-damcı ifraz olunur. Xəstələr üşütmədən şikayət edirlər, kəskin prostatit zamanı temperatur 39-40°C-dək yüksəlir. Sidik ifrazının pozulması, aralıqda pulsasiya edən, defekasiya vaxtı güclənən ağrılar müşahidə olunur. Sepsis inkişaf edə bilər.

Prostat vəzinin adenoınası (hipertrofiyası). Bu xəstəlik ahıl və qoca yaşlarında olur, vəzinin böyüməsi ilə təzahür edir. Adenoma vəzi toxumasının və ya vəzinin birləşdirici toxuma əsasının böyüməsi hesabına baş verir. Prostat vəzi böyüyərək, sidik kisəsinin boşalması üçün mexaniki maneə yaradır, bu da kisədə, sidik axarlarında və böyrəklərdə sidik durğunluğu nəticəsində dəyişikliklərə səbəb olur.

Xəstəlik inkişaf etdikdə sidik kisəsinin tam boşalmaması ilə əlaqədar olaraq, onda həmişə qalıq sidik qalır. Sidik ifrazı tezləşmiş, çox vaxt ağrılı olur. Sidik kisəsinin divarları tədriclə zəifləyir. Sidik həddindən çox dolmuş kisədən qeyriiradi olaraq, damcı-damcı xaricə ifraz olur. Prostat vəzinin adenoması xərçəngə keçə bilər.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...