HÜNDÜR DABAN AYAQQABI VƏ VARİKOZ

Hündür daban ayaqqabı ayaqları daha gözəl, boyu daha hündür göstərdiyi üçün əksər qadınların gündəlik qarderobunun əvəzedilməz parçasına çevrilib.

2012-ci ildə Braziliyada 30 qadın üzərində araşdırma aparılmışdır.  Air Plethysmography adlı cihazla 4 fərqli pozisiyada (yalın ayaq, 3-5sm orta, 7sm yüksək və 7sm dən böyük çox yüksək dabanlı ayaqqabılardan istifadə edərək) ölçmə aparılmışdır.

Ölçmənin nəticələrindən belə qərara gəlinmişdir ki, hündür daban ayaqqabının varikoz xəstəliyinin səbəbi kimi göstərmək düzgün deyil, lakin varikoz xəstəliyi olan xanımlarda bu ayaqqabılar prosesi daha da ağırlaşdıra bilər.

loading...

Varikoz xəstəliyinə səbəb olmasa da belə ayaqqabıları uzun müddət geyinmək məsləhət deyil və bu ayaqqabıları çıxardıqdan sonra 30-45 dəqiqə müddətində rahat idman ayaqqabılarI geyinib gəzmək məsləhətdir.

Dr. Afaq Zahidova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...