HİPERTİREOZ VƏ HİPOTİREOZ

Qalxanabənzər vəzinin funksiyasının artması ilə müşahidə olunan patoloji vəziyyət hipertireoz, azalması ilə müşahidə olunan patoloji vəziyyət isə hipotireoz adlanır. Hipotireoz zamanı qanda qalxanabənzər vəzinin hormonları çatışmır. Belə çatışmazlığın yaranma səbəbləri çoxdur.

Bunlardan ən çox rast gəlinəni xroniki autoimmun tireoditdir (Xaşimoto uru). Hipotireozda klinik əlamətlər qeyri-spesifik və müxtəlifdir: xroniki qəbizlik, öd daşı xəstəliyi, oynaqlarda, əzələlərdə və nəfəs alarkən döş qəfəsində ağrılar, saçın tökülməsi, dırnaqların kövrəkləşməsi, depressiya, halsızlıq, əzginlik, yuxululuq, çəki artıqlığı və s.

Ginekoloji baxımdan hipotireoz uşaqlıq qanaxmaları, aybaşı pozulmaları, sonsuzluq, hamiləlik itkiləri verir. Hipotireozun müalicəsi mütəxəssis tərəfindən səbəbi aşkar edilməklə aparılmalıdır. Qadın hamiləliyi planlaşdırırsa və ya hamilədirsə, müalicə mütləqdir.

loading...

Dr. Natavan Axundova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...