HEYVAN DİŞLƏMƏSİ ZAMANI İLK TİBBİ YARDIM

Heyvanların dişləməsi nəticəsində insanlar quduzluq virusuna yoluxa bilər.

Məhz bu səbəbdən heyvan dişləməsi zamanı mütləq “təcili yardım” çağırmaq və zərərçəkmiş insanı travmatoloji məntəqəyə çatdırmaq lazımdır. Travmatoloji məntəqədə həkim tərəfindən lazım olan müayinələr aparıldıqdan sonra zərərçəkənin quduzluq virusu ilə yoluxma ehtimalı müəyyən edilir. Qol nahiyəsinə vurulan 5-6 inyeksiya ilə quduzluq müalicə olunur.

Beləliklə, əgər yaxınlarınızdan kimisə it dişləyərsə, tez bir zamanda “təcili yardım” çağırın, əgər dişləmə nəticəsində yaranan qanaxma güclü və insanın həyatı üçün təhlükəli olmazsa, dişlənən yeri axar suyun altına tutub bir neçə dəqiqə sabunla yuyun.

loading...

Daha sonra yaranı steril salfet ilə qurulamaq, yara ətrafındakı zədələnməyən sahəyə isə yod və ya zelyonka sürtmək lazımdır. Yara təmizləndikdən sonra onun üzərinə tənzif və ya pambıq tampon qoyaraq yara səthinə güclü təzyiq etmədən sarğı və ya plastr bərkidin. Zərərçəkənin vəziyyəti ağır olmadıqda ilk tibbi yardım göstərdikdən sonra yaxınlıqdakı tibb müəssisəsinə aparın. Bunu təcili şəkildə etmək lazımdır!

loading...

Bunlarıda bəyənə bilərsiniz ...