HEPATİT B – YOLUXMA YOLLARI

Hepatit B xəstəliyi hepatit B virusu tərəfindən törədilir. Hepatit B xəstəliyi infeksiyalaşmış vücud mayeləri və təmas yoluyla insandan insana yoluxur. Qan, bulaşmada əsas rol oynasa da tüpürcək və sperma da yoluxma vasitəsidir.

Hepatit BHepatit B xəstəliyinə yoluxmada 3 əsas yol vardır.

hamiləlik zamanı

loading...

seksual, cinsi yol

parenteral, perkutan

Bunlardan Perinatal yoluxmaya yoluxmanın yüksək olduğu epidemik bölgələrdə rast gəlinir. Perinatal yoluxma: HBV infekasiyonunda bu yoluxma hamiləlik dövründə daşıyıcı anadan uşağa keçmə yoludur. Özəlliklə bu yolla yoluxma infeksiyon prevalansının yüksək olduğu Çin və Cənubi Asiya kimi ölkələr də daha çox müşahidə olunur.

HBV yoluxmuş anadan uşağa keşmənin 3 yolu var.

1-ci yol – ana bətnindən transplasentar yoluxma.

2-ci yol – doğum əsnasında perinatal yoluxma.

3-cü yol – son yol isə baxım və süd vermə sırasında olan postnatal yoluxmadır.

HBV-nun transplasentar keçməsi iki mexanizm ilə gerçəkləşir:

Hemotogen yol: hamiləlik öncəsi keçirilmiş olan abortlar plasental mikrovaskulyarizasiyanı pozduğu üçün bu durumda ana qanındakı yüksək miqdarda HBV-nun fetal dolaşımına səbəb olur.

Sellüler transfer yolu: bu zaman yüksək miqdarda qanda olan HBV virusu plasentar mayeyə keçir, ardından kapilyar endotel hücrələrdəki viluslar yoluyla HBV dölün sirkurlasyonuna keçir. Yenidoğan və bir yaşından kiçik uşaqlar üçün infeksiyonun xronikləşməsi 90%-dir. Yüksək xronikləşmənin səbəbi transplasentar yolla keçən Hbe Ag – nın dölün immun sistemində HBV-na qarşı tolerans oluşdurmasıdır.

Dr. Tofiq Əkbərov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...