HAMİLƏLİYİN İLKİN ƏLAMƏTLƏRİ

Hamiləlik və gigyenaBaxmayaraq ki, hamiləliyi dəqiq test və UZİ təyin edir, bir neçə digər hamiləlik əlamətlərinə də diqqət yetirmək olar.

Hamiləliyin ilkin əlamətləri menstruasiyanın olmaması, yorğunluq, iyilərə qarşı hissiyatçılıq və səhərlər ürəkbulanmasıdır. Ancaq yadda saxlamaq lazımdır ki, bütün bu əlamətlər həm hamilə qadınlarda ola bilər, həmdə hamilə olmayan və ovulyasiya və menstruasiya ilə əlaqəli ola bilər.

Əlamətlər nə zaman yaranır ?

loading...

Hamiləliyin ilk həftəsi sonuncu aybaşına görə təyin edilir. Sonuncu aybaşı hamiləliyin birinci həftəsi sayılır, hətta qadın hamilə olmasa belə.

Doğuşun təxmini tarixi sonuncu aybaşının birinci günündən hesablanır.

HAMİLİYİN ƏLAMƏTLƏRİ VƏ SİMPTOMLARI

Əgər birinci hamiləlikdirsə bu əlamətləri görməmək yaxud yaxınlaşan aybaşı ilə qarışdırmaq olar.

Qarının altında yüngül ağrılar və qanlı ifrazat   1-24 həftə

Aybaşının olmaması    4 həftə

Yorğunluq  4-5 həftə

Ürəkbulanması  4-6 həftə

Döşlərin şişməsi 4-6 həftə

Tez-tez sidiyə çıxmaq 4-6 həftə

İshal 4-6 həftə

Yeriyərkən baş fırlanması 5-6 həftə

Əhvalın tez-tez dəyişməsi 6 həftə

Hərarətin dəyişməsi   6 həftə

Yüksək qan təzyiqi 8 həftə

1-4 həftələr arası qadın bədənində dəyişikliklər hüceyrə səviyyəsində baş verir.

Yorğunluq hamiləliyin istənilən zamanı baş verə bilər. Hamiləlik zamanı proqesteron hormonu artır, bu isə yuxululuq yaradır.

Ürəkbulantısı və qusma tək səhərlər yox bütün gün ərzində ola bilər. Bu simptom hamiləliyin ilk 12 həstəsində olur. Əgər ürəkbulantısı tez-tez olursa əmin olun ki kifayət qədər su içirsiniz.

Döşlərdə dəyişiklik 4-6 həftədə başlaya bilər. Bu hormonların səviyyəsinin dəyişməsi ilə də əlaqəlidir. Çox zaman sinə şişir və daha hissiyatcıl olur. Tədricən bu simptomlar itir.

Hamiləlik zamanı qan dövranı artır və nəticədə böyrəklər daha çox maye emal edir. Bu səbəbdən sidiyə çıxmaq artır.

İshal və qarında köp. Bu simptomlar aybaşı zamanı olan adi simptomlardır və hormonal dəyişikliklə əlaqəlidir. Həzm bu zaman ləngiyir və qarında köp, ishal yaranır.

Hamiləliyin ilkin dövründə qan təzyiqi əsasən düşür, bu baş gicəllənməsinə səbəb ola bilər. Hamiləliyin ilk 20 həftəsində baş gicəllənməsi sağlamlıqla problem olduğunu göstərir. Bu zaman həkimə müraciət gərəkdir.

Hamiləlik zamanı estrogen və progesteron səviyyəsi artır bu isə emosional fonda dəyişikliyə səbəb ola bilər. Eyforiya, qıcıqlıq, təlaş mümkündür.

Bədənin bazal hərarəti qalxır. Bu hərəkətsizlik və yuxu zamanı baş verir. Hərarəti səhər tezdən düz bağırsağa termometri qoymaqla ölçmək olar. Adi hərarət də qalxa bilər, əsasən də fiziki aktivlik və istilər zamanı. Bu zaman kifayət qədər maye qəbul etmək gərəkdir. Əmin olun ki, yatanda sizə isti deyil.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...