HAMİLƏLİKDƏ QIZDIRMA
Hamiləlik zamanı qadın orqanizmində vacib dəyişiliklər baş verir. Orqanlar və müxtəlif sistemlər yeni vəziyyətə adaptasiya olur. Progesteronun səviyyəsi qalxır, bu dölü müdafiə edir və normal inkişafına şərait yaradır. Hormonal dəyişikliklərə görə istilikvermə zəifləyir.
Hamiləlikdə qızdırma 37,1 C qədər qalxa bilər. Bu göstərici normal sayılır və digər simptomlar olmadıqda həyəcana səbəb olmamalıdır.
Hamiləlikdə qızdırmanın 37,5 C yuxarı qalxması qadının və dölün sağlamlığına təhlükə yaradır, əsasəndə hamiləliyin 4-14-cü həftələrində. Bu zaman həkimə müraciət mütləqdir.
Qızdırmanın hamiləliyin ilk ayında qalxması daha təhlükəlidir. Müalicə edilməsə bu hal düşməyə səbəb ola bilər. Hamiləlikdə yüksək qızdırma həm qadına, həm dölə təhlükəlidir.
Yüksəsk hərarət sağlamlıqla problem göstəricisidir. Hamilə qadın orqanizmi tək virus və bakteriyalar deyil, həmdə xroniki və digər xəstəliklərə reaksiya verir. Hamiləliyin ilk aylarında qızdırma növbəti səbəblərdən ola bilər:
Soyuqlama, ciyərlərin iltihabı
Virus infeksiyası
Məxmərək
Sidik ifrazat sistemi orqanlarında iltihab
Stress
Xroniki xəstəliklərin ağırlaşması
Hamiləlik zamanı qızdırma iki səbəbdən artır:
Progesteronun (hamiləlik hormonu) sürətli istehsalından
Hamiləliklə bir immunitet zəifləyir. Bu immunitetin dölə təsir edib onu rədd etməməsi üçün baş verir.
Virus və infeksion xəstəliklərin əsas əlaməti məhz hamiləlikdə qızdırmadır. Qızdırmanın qalxması orqanizmin xəstəliklə aktiv mübarizəsini bildirir.
Hamiləlikdə qızdırmanı ancaq həkim müalicə etməlidir. Bir çox dərmanlar hamiləlik zamanı təhlükəlidir. Soyuqdəymə zamanı limonlu çay, isti süd faydalı ola bilər.