HAMİLƏLİKDƏ BEL AĞRISI

Hamiləlik və idmanHamiləlikdə bel ağrısı hamilələrdə ən çox rast gəlinən şikayətlərdəndir. Hamiləlik zamanı qadının orqanizmində bel ağrısına səbəb olan bəzi fizioloji proseslər baş verir. Bu təbii səbəblərdir, əsasən ikinci trimestrdən başlayır və təhlükəli deyil. Bu zaman:

Bədən çəkisi artır, ağırlıq mərkəzi dəyişir, onurğa üzərinə düşən təzyiq artır;

Onurğa, çanaq, büzdüm üzərinə düşən yük artır;

loading...

Hamiləlikdə olan hormonal dəyişikliklər xüsusilə oynaqlarda iltihaba və həssaslığın artmasına səbəb olur;

İkinci trimestrdən etibarən qabırğalarda və çanaqda genişlənmə olur, bu da həssaslığı artırır;

Hamiləliyin yeddinci ayından relaksin hormonunun sintezi artır, orqanizmi doğuşa hazırlayır. Bu hormonun təsiri ilə çanaq və fəqərələrdə bağlar və əzələlər boşalır, oynaqlarda hərəkətlilik artır;

Hamiləliyin müddəti artdıqca qarın əzələləri boşalır və bu da onurğaya düşən yükü artırır;

Böyüyən uşaqlıq xüsusilə doğuşa yaxın onurğanı əhatə edən sinir uclarını və damarları sıxır, ağrı baş verir;

Uzun müddət ayaqüstə durmaq və ya oturmaq orqanuzmə yük olur və cavab reaksiyası kimi bel ağrısı olur;

Bütün bu fizioloji dəyişikliklər əsasən ikinci trimestrdən başlayır, doğuşdan sonra geri dönür və təbii hal sayılır.

Ağrıları azaltmaq üçün:

Hündürdaban geyinməyin;

Uzunmüddət ayaqüstə durmayın, bir vəziyyətdə oturmayın;

Göstəriş olarsa xüsusilə təkrar hamiləlikdə qoruyucu bandaj geyinin;

Uzunmüddət bir yerdə dayanmaq məcburiyyətində olsanız ayaqlarınızı növbə ilə hər hansı cismin üzərinə söykəyin;

Oturan zaman belinizin arxasına kiçik yastıq qoyun;

Həm ayaqüstə duranda həm də oturanda bir vəziyyətdə qalmayın, tez-tez pozanızı dəyişin;

Yatanda arxası üstə uzanmayın, növbə ilə sağ və sol yanüstə uzanın;

Ginekoloq həkiminizin icazəsi ilə idmanla məşğul olun: aerobika, yürüş, üzmə və s. hərəkətlər əzələləri gücləndirir;

Bol istirahət edin;

Bol su için.

Lakin hamiləlikdə bel ağrısı bəzən böyük təhlükənin siqnalı ola bilər:

Hamiləliyin ilk üç ayında yaranan bel ağrısı düşük təhlükəsi;

Hamiləliyin son üç ayında yaranan bel ağrısı vaxtından qabaq doğuş təhlükəsi.

Dr. Günel Fətəliyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...