HAMİLƏLİK ZAMANI SAÇ VƏ DƏRİDƏ DƏYİŞİKLİKLƏR

Hamiləlik zamanı qadın orqanizmində hormonal dəyişikliklər baş verir. 9 ay ərzində gələcək ana,  bədənində ciddi dəyişiklikərin getdiyinin şahidi olur ki, bu dəyişikliklərin çoxu doğumdan sonra öz özünə keçib gedir.

Eynəkdə doğuşDəridə striyalar,  varikoz düyünlər,  piqment ləkələri,  bəzən yeni xallar əmələ gəlir.

Qadınları ən çox narahat edən piqment ləkələri və dəri  tündləşməsidir. Bunlar daha çox göbək ətrafında, cinsiyyət orqanları nahiyəsində, süd vəzi areolalarında, qoltuqaltı nahiyə və budun iç tərəfində rast gəlinir.

loading...

Bu proseslər orqanizmdə estrogen,  progesteron,  qlükokortikosteroidlər və melanositləri stimulə edici hormonun fəaliyyətinin atması ilə əlaqədardır.

Hamiləliyin üçüncü ayında demək olar ki,  hamilələrin yarısında melazma/xloazma kimi problemlər əmələ gəlir.  Üz dərisi piqment ləkələri ilə örtülür. Qəhvəyi ləkələr daha cox yanaqlar,  üst dodaq və alında əmələ gəlir.  Ləkələr günəş şüalarının təsirindən böyüyürlər.  Ləkələrin artmasının qarşısını almaq üçün günəşdən qoruyucu kremlərin istifadəsi məsləhətdir . Bu ləkələr çox vaxt hamiləlikdən sonra öz özünə keçir. Lakin ləkələr doğumdan bir neçə ay sonra da keçmirsə,  mütləq həkimə müraciət etmək lazımdır.

Bir çox qadınlarda hamiləlik dövründə yeni xallar əmələ gəlir və ya olan xalların ölçüsü böyüyür,  rəngi tündləşir.  Belə olan hallarda dəri törəmələri həkim tərəfindən nəzarət altına alınır.

Hamiləliyin 25 – ci həftəsinə yaxın artıq sinə,  qarın,  bud nahiyələrində dəri cırılmaları ( striya ) əmələ gəlir.  Striyaların formalaşmasında tək hormonal fon deyil , genetik meyl , kəskin çəki artması rol oynayır.

Striyaların əmələ gəlməsinin qarşısını almaq üçün dəri daimi nəmləndirilməlidir,  kollagen,  elastin tərkibli kremlərin istifadəsi məsləhətdir.

Dəridə olan dəyişikliklərin əksinə olaraq saçların keyfiyyəti,  anemiyası olan hamilələri çıxmaq şərtilə, çox yaxşılaşır. Belə ki,  hamiləlik zamanı saçların böyümə fazası (anagen) uzanır və saçlar çox az tökülür.  Doğuşdan sonra bu sikl normal vəziyyətinə qayıdır,  intensiv saç tökülmə müşahidə edilir.  Bu prosess 3 – 12 ay müddətində davam edir,  sonra stabilləşir.

Hormonal dəyişikliklərin nəticəsində hamiləliyin 20 – ci həftəsindən başlayaraq bəzi qadınlarda üzdə,  göbək ətrafında,  beldə kobud,  qara tüklər əmələ gəlir.  Doğumdan sonra bu tüklər tökülür.

Dəridə olan bütün dəyişikliklər doğumdan sonra heç bir iz buraxmadan keçib gedir.

Əsas məsələ – dəridə gedən bu dəyişikliklərin nə ana,  nə də ki,  döl üçün heç bir problem yaratmamasıdır.

Dr. Bilqeyis Mustafayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...