GÖZDƏ ŞEQREN SİNDROMU

Gözyaşı və ağız suyu vəzilərinin sekresiyasının azalması (kisəcik kompleksi) ilə səciyyələnən xroniki iltihablı və autoimmun pozğunluqdur. Şeqren snidromu zamanı göz yaşı vəzisinin epterial hüceyrələriin zədələnməsi nəticəsində hipolakrimiya baş verir (yəni göz yaşı ifrazı azalır. Bu isə öz növbəsində perikornial qatın stabilliyini pozur və sonda buynuz qişada disrofik dəyişikliklər yaranır).

Yorğunluq, gözdə quruluq (quru keratokonyunktivit) və ağızda quruluq (kserostomiya) müşahidə oluna bilər.

Diaqnoz anti-60 kD (SS-A) Ro və anti-La autoanticisimlərinin müsbət olması, ağız suyu və gözyaşı ifrazının azalması, dodağın tüpürcək vəzilərinin biopsiyasında limfositar infiltrasiyanın aşkar edilməsi vasitəsilə qoyulur.

loading...

Müalicə əsasən simptomatik xarakter daşıyır.

Şeqren sindromu sistemli autoimmun pozğunluqdur. Gözyaşı və ağız suyu vəzilərində limfositlərin infiltrasiyası nəticəsində gözlərdə (quru keratokonyunktivit) və ağızda quruluq (kserostomiya) ilə xarakterizə olunur.

Şeqren sindromu təklikdə (ilkin Şeqren sindromu) və ya digər autoimmun xəstəliklərlə, məsələn, qırmızı qurdeşənəyi, revmatoidli artrit və sistemli sklerozla birlikdə (ikincili Şeqren sindromu) meydana çıxa bilər. Bütün bunlardan başqa, bu xəstəliyin təyinində ən əsası, test şirmerin də istifadə olunur.

Dr. Mirzəyeva Aytən

loading...

Bunlarıda bəyənə bilərsiniz ...