GÖZALTI TORBALARIN SƏBƏBİ

Göz altı torbalarGün ərzində  7-9 saatdan az yatmırsınızsa, genetik olaraq ailənizdə gözaltı torbaları yoxdursa və davamlı olaraq dəri baxımı edirsinizsə, normalda gözaltı torbalarınız olmamalıdır. Amma bütün bunlara baxmayaraq gözaltı torbalarınız varsa, bu heç ağlınıza gəlməyəcək sürpriz bir səbəbdən qaynaqlana bilər.

Düzgün olmayan nahiyələrə dəri baxımı tətbiq etmək

Glikolik asit, retinol, salisilik asit kimi maddələr bir çox baxım məhsullarında olur. Bunlar görünüşünüzü canlandırmaq və dərinizin elastiki qalması üçün faydalı maddələrdir. Lakin bu məhsullar eyni zamanda, turşu tərkibli olmaları səbəbi ilə dəridə aşılanmaya səbəb ola bilərlər. Göz ətrafı nahiyə, dərinin ən həssas olduğu nahiyələrdəndir və bu maddələr göz ətrafına daimi olaraq istifadə edildiyində dəridə aşılanmaya, hətta iltihaba da səbəb olaraq, gözətrafı torbaları formalaşdırırlar. Baxım məhsullarınızı gözətrafına tətbıq edərkən gözün altında barmaqlarınızla hiss edə bildiyiniz  sert sümüyü sərhəd olaraq təyin edin və ondan yuxarı keçməməyə çalışın.

loading...

Saçları və üzü tam yaxalamamaq

Saçlarınızı şampunladıqdan sonra təmiz yaxalamadıqda, şampun qalıqları göz altlarındaki həssas nahiyədə qala bilər. Bu nahiyəni sonra əllərinizlə ovxaladıqda, göz qapağı bölgəsindən bu kirlər və kimyəvi artıqlar dəriyə təsir edərək, iltihabı proses formalaşmasına səbəb olurlar. Bu iltihabi prosesin nəticəsində dəridə torbalanma meydana gəlir. Sabun və şampunla saçlarınızı və üzünüzü yuduqdan sonra göz ətrafı nahiyəni tam duruladığınızdan  və heç bir qalıq qalmadığından əmin olun.

Həddindən artıq duz istifadə etmək

Həddindən çox duz istifadəsi nəticəsində, su dərimizdə müxtəlif yerlərdə toplanır. Bu hissədə maye toplandıqca gözaltı torbalar formalaşır. Gözaltı torbalar, çox duz istifadəsinin dəriyə verdiyi ziyanlardan sadəcə biridir. Dəriyə bir çox tərəfdən ziyan verən duzu, rasionunuzda azaldın.

Ani çəki itkisi

Yaşlanma ilə paralel olaraq yanaqların aşağı doğru sallanması, göz altında torbaların formalaşmasına səbəb ola bilər. Amma qısa müddət ərzində çox arıqlamaq da tam olaraq bu təsiri yaradaraq gözaltı torbaları əmələ gətirir. Əgər arıqlayırsızsa və buna bağlı olaraq gözaltı torbaların əmələ gəlməsini istəmirsinizsə, göz altı nahiyəyə səhər və axşam buz küpləri ilə soyuq kompress tətbiq edə bilərsiniz.

Dr. Bilqeyis Mustafayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...