GÖZƏLLİK ÜÇÜN QIZIL MƏSLƏHƏTLƏR

Seksi qadin nece olmalidirHər zaman gözəl görsənmək üçün növbəti məsləhətləri nəzərinizə alın.

Düzgün qidalanma. Doğru qidalanma ümumi sağlamlıq üçün olduğu qədər dəri sağlamlığı üçün də çox önəmlidir.Məsələn yetərincə protein qəbul etmədikdə dəri mat, cansız görüntü alır və elastikliyini itirir.

Kəskin dietlərə diqqət. Çox kəskin pəhriz saxlamaq, qısa müddətdə cox çəki vermək dəriyə mənfi təsir edir.

loading...

Sağlam yaşam tərzini mənimsəyin. Unutmayın sağlamlığınız üçün xeyirli  olan hər şey dəriniz  üçün də xeyirlidir. Gündəlik fiziki aktivlik, gün ərzində  1.5-2 litrə yaxın  su içməyin müsbət tərəflərini dəridə də hiss edərsiniz.

Günəşdən qorunun. Günəş yaşlanmanın ən önəmli səbəblərindən biridir. Günəşdə qorunmadan keçirdiyiniz zamanlar sizə qəhvəyi rəngli ləkələr,erkən yaşlarda ortaya çıxan cizgilər,qırışlar və elastikliyin itməsi ilə geri dönəcək. (Solariumun da günəş qədər hətta günəşdən daha zərərli olduğunu unutmayın!) Ən önəmli anti-aging baxım məhsulunuzun yüksək SPF’li bir günəş kremi olduğunu əsla yadinizdan çıxarmayın və günəş kreminizin ən az SPF30 faktor olmasına diqqət edin.

Göz ətrafı dərini unutmayın. 20 yaşdan etibarən incə və həssas bir dəriyə sahib olan göz ətrafı dərini qorumaq doğru seçilmiş anti-aging strategiyadır. Davamlı olaraq göz kremi istifadə edin, göz kreminizin içində günəşdən qoruyucu faktorlar olduğundan əmin olun, hətta bununla da kifayətlənməyin və gün eynəyi taxın. 30 yaşlarından etibarən botox inyeksiyaları etdirərək qazayağı qırışlarını  kontrol altına almaq da göz ətrafı dərinin gəncliyini qorumaq üçün doğru addımdır.

Boynunuzu, dekoltenizi, əllərinizi unutmayın. Əfsuslar olsun ki, qadınların əksəriyyəti anti-aging baxım dedikdə yalnız üz dərisinə qulluğu anlayırlar. İllərlə üzünə ən effektiv kremləri istifadə edən, günəşdən qorunan və yene də üz dərisinə anti-aging prosedurlar etdirən bir çox qadınlara rast gəlinir. Boyunları, dekolteləri və əllərinə heç baxım etmədikləri üçün,üz ilə bu nahiyələr arasındakı yaş fərqi ən az 10-15 il kimi görünür. Burdan belə nəticə çıxır ki,üz dərisi ilə bərabər boyun,dekolte dərisinə də vaxtında və doğru qulluq olmalıdır.

Altmış və yetmiş yaşda necə görünəcəyiniz gənc və orta yaşlarda dəriyə edəcəyiniz qulluqdan asılıdır.

Dr. Bilqeyis Mustafayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...