GEOFAGİYA NƏDİR – İnsanlarda torpaq yemək

Torpaq yeməGeofagiya torpağın qida kimi yeyilməsidir və ya torpaqdan da başqa maddələrin dadına baxılması, məsələn, ayaqqabı altı yalamaq, karandaş çeynəmə, təbaşır, kağız yemək, kül yemək, batareyka dişləmək kimi vərdişlər ola bilir.

Torpaq yemək həm böyuklərdə, həm uşaqlarda olur. Hamilə xanımlarda da müşahidə edilə bilinər. Bu sindrom Pika sindromu adlanır. Uşaqlarda torpaq yemək niyə baş verir, uşaq niyə bu kimi şeyləri yemək istəyir?

Biz uşağın ətrafı kəşf etmədi ilə geofagiyanı səhv salmamalıyıq. Əslində səbəbi tam da bilinmir. Yəni uşaq bir müddət torpaq yeyəndən sonra yoxlanılmış və bir sıra mikroelementlərin çatışmazlığı görülmüşdür. Buna görə bilinmir ki, torpaq yemə dəmir əskikliyinə səbəb oldu yoxsa, dəmir azlığı səbəbindən uşaq torpaq yeməyə başladı. Dəmirlə yanaşı sink, b qrup vitaminləri, kalsium azlığı da olur. Məncə səbəb bu deyil.

loading...

İndiyədək həkimlik təcrübəmdə çox sayda dəmir azlığı olan uşaq gördüm, amma bu halı görmədim. Və əksinə, bir neçə Pika sindromlu uşaq yoxladıq, heç bir dəyəri ciddi şəkildə az olmadı. Məncə burda psixoloji inkişaf yaxud psixoloji travma rol oynayır.

Pika sindromu əlavə təsirləri əlbəttə vitamin, mikroelement çatışmazlığı, buna bağlı diş çürüməsi, bağırsaq pozulmaları, qurd invaziyaları, torpaqdan ağır metallarla zəhərlənmə ola bilir.

Uşağının Pika sindromundan əziyyət çəkən valideynlərin həm özləri həm uşaqları üçün psixoloq, psixiatr baxışı lazimdır.

Çatışmayan mikroelementləri yerinə qoymaq üçün uşağın qida rasionunda paxlalılar, yarmalar, qırmızı ət, qaraciyər, dəniz məhsulları, yaşıl tərəvəzlər, xüsusən torpaqda yetişən tərəvəzlər, bəhməzlər olmalıdır.

Pediatr Aytən İsmayılzadə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...