GƏNCLİK PEYVƏNDİ

h100 gozellik vaksiniZamanla ətraf mühitin zərərli faktorları, günəş şüalarının təsiri və yaşlanma ilə birlikdə nəmini və təravətini, parlaqlığını itirməyə başlayan dəriniz üçün yeni bir başlanğıca razısınız ?

Dərinizin yenilənmiş, parlaq, daha nəmli və sağlam görünməsini istəyir, amma eyni zamanda mimikalarınızın və ümumi görüntünüzün dəyişməsini istəmirisinizə H100 gənclik peyvəndi sizə görədir.

H100 gənclik peyvəndi dərialtına vurulan tərkibi zəngin bir kokteyldir. Tərkibindəki hyaluron turşusu ilə dərimizə nəmlilik verməklə yanaşı, dərinin daha elastik görünməsini təmin edir. Eyni zamanda içindəki aminturşu, vitamin və peptidlər dəridə kollagen ifrazı üçün təməl daşları vəzifəsini yerinə yetirib, dərinin özünü yeniləməsini stimulyasiya edirlər.

loading...

Bu preparatı digər nəm və gənclik serumlarından ayıran digər özəlliyi isə tərkibində olan mannitoldur. Mannitol dəriyə nəmlilik verən hyaluron turşusunun, toxumalarda daha cox qalmasını təmin edir. Bununla yanaşı güclü bir antioksidant olması səbəbi ilə dəridə yaşlanmaya səbəb olan sərbəst radikalların təsirini azaldır. Nəticədə solğun, mat, nəmsiz bir dəri yerinə yenilənmiş, parlaq və daha sıx bir dəriyə sahib olursunuz.

Bu preparat ehtiyyac olan hər nahiyyəyə vurulur; üz, boyun, dekolte nahiyyəsi və əllər.  Sizdə quru, mat, solğun dəriyə sahibsinizsə, daha canlı, sağlam və parlaq görüntü üçün H100 peyvəndini sınaqdan keçirə bilərsiniz.

Dr. Bilqeyis Mustafayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...