FİZİKİ AKTİVLİK

İdmanFiziki aktiv insanlar yaşlandıqca özlərini olduqları yaşdan cavan və gümrah hiss edirlər. İdmanın orqanizmə təsirləri:

Müxtəlif növ hərəkətlər müxtəlif orqanlarda qan dövranını yaxşılaşdırır, oksigenlə təchizatı artırır;

Əzələlər hərəkət etdikcə inkişaf edir, qalınlaşır, güclənir və daha ağır hərəkətləri yerinə yetirmək asanlaşır;

loading...

Əzələlərin çox çalışması oksigenə olan təlabatı artırır, ağciyərlərin fəaliyyəti artır, tənəffüs hərəkətlərinin sayı və gücü artlr, döş qəfəsi əzələləri də inkişaf edir;

Oksigenin artmış təlabatını ödəmək üçün ürəyin işi artır, daha çox qan vura bilmək üçün güclü çalışır, ürək əzələləri də güclənib qalınlaşır və ürək bir yığılmada daha çox qan vurur. Ürəyi qidalandıran damarlar inkişaf edir, əlavə damarlar əmələ gəlir və gələcəkdə infarkt risqi azalır;

İdman hərəkətləri müddətində beyinin fəaliyyəti yaxşılaşır və idmandan sonrakı saatlarda da davam edir. Yaddaş, diqqət, qavrayış güclənir. Parkinson, iflic və s. xəstəliklərə tutulma risqi azalır;

Sümüklər və oynaqlar 5-6 dəfə artıq yüklənir, yaşla əlaqədar meydana çıxan sümük-oynaq xəstəliklərinin qarşısı alınır.Baldır əzələləri yaxşı inkişaf etdikdə yaşlanan zaman dizlərə ağırlıq düşmür;

İmmun sistem ilk iki saat fəallaşır və 24 saat fəal qalır. Bu infeksion xəstəliklərə və xərçəngə qarşı müqaviməti artırır;

Bədən temperaturunun sabit saxlanması üçün çox tər ifraz olunur, maye və mineral itirilir. Məşqdən əvvəl və məşq ərəfəsində çox su içmək lazımdır;

İdmanla məşğul olan hər bir şəxs hərəkətlərin gücünü, sürətini və müddətini elə optimal seçməlidir ki, həddən çox yorğunluq hiss etməsin;

Məşqdən dərhal sonra isti saunaya və ya soyuq hovuza girmək təhlükəlidir;

Məşqlər zamanı həddən çox yorğunluq, həddən çox tərləmə, başgicəllənmə, ürəkdə çırpılma olarsa həkimlə məsləhətləşin;

Miokard infarktı, stenokardiya, ritm pozulması keçirmiş, ürək çatışmazlığı və hipertenziyadan əziyyət çəkənlərə həkimlə məsləhətləşmədən idmana başlamaq qadağandır.

Dr. Günel Fətəliyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...