EVDƏ ASANLIQLA ARIQLAMAQ ÜÇÜN

Evdə asanlıqla kalori yandırıb, fit bədən quruluşuna sahib olmaq üçün edə biləcəyiniz hərəkətləri sizinlə bölüşürük!

Belinizi incəltmək üçün

Kürək üstü yatıb sağ ayaq biləyinizi sol dizinizin üstünə qoyun. Sol əlinizi başınızın arxasına, sağ qolunuzu da yerə qoyun.

loading...

Sol kürək sümüyünüzü yerdən qaldırın və sol çiyninizi sağ dizinizə doğru aparın və geri yatın. Bunu əksinə də edin.

Qarnınızı düzləşdirin

Yerdə arxası üstə yatın, sol topuğunuzu sağ ayaq barmaqlarınızın üstünə qoyun. Boynunuza sol əlinizlə dəstək verib, sağ əlinizlə çəkili daşı yuxarıda saxlayın. Bunu əksinə də edin.

Belinizdəki artıq çəkilərdən xilas olun

Yerdə sağ tərəfiniz üstünə yatın, qıçlarınızı düz tutun, barmaqlarınızı gərin. Başınızı qolunuzun üzərinə qoyun. Sol əlinizi yerdə qarşınıza qoyun. Sol qıçınızı düz tutun və əzələlərinizin gərildiyini hiss edənə qədər bədəninizlə eyni xəttdə qaldırın. Bir-iki saniyə saxlayıb aşağı salın.

Bütün əzələlərinizi işlədin

Pilates hərəkətlərinə bənzəyən bu hərəkət boyunca dərin nəfəs alın. Dizləriniz bükük və omba xəttində açıq bir şəkildə kürək üstü yatın. Dizləriniz ombalarınızın üstündə 90 dərəcə bükülənə qədər qarnınızı onurğanıza doğru möhkəmcə çəkin və hər dəfəsində bir qıçınızı qaldıraraq nəfəs verin. Nəfəs verib sağ əliniz sol dizinizə toxunmaq üçün uzanarkən, başınızı və çiyinlərinizi yerdən qaldırın. Düzələrkən nəfəs verin və qıçınızı özünüzdən uzaqlaşdıraraq endirin.

Qarın əzələlərinizi möhkəmləndirin

Qıçlarınız və qollarınızı önünüzdə uzadaraq dik oturun.

Daha sonra başınızı önə doğru əyin və geri gedin. Bu hərəkəti təkrarlayın!

loading...

Bunlarıda bəyənə bilərsiniz ...