EPİLEPSİYA NƏDİR VƏ ƏLAMƏTLƏRİ

EpilepsiyaEpilepsiya qədim xəstəliklərdəndir biridir. Epilepsiya xəstəliyi nevroloji bir patalogiyadır. Xalq arasında bu xəstəliyə müxtəlif adlar verilib: ürəkgetmə, qıcolma və sairə.  Epilepsiya xəstəliyi beyindəki neyronların anidən və nəzarətsiz şəkildə boşalmasıdır. Nəticədə xəstədə qeyri-iradi qıcolmalar, duyğu və şüurda dəyişikliklər baş verir.

Epilepsiya tutmalar şəklində baş verir, tutmalar arasındakı müddətdə insan sağlamdır. Tək bir epiliptik tutma insanın epilepsiya xəstəsi olduğu demək deyil.

Epilepsiya yunancadan “epilambano” “yıxılıram”, “tuturam” deməkdir.  Xəstəlik sinir sisteminin pozulması nəticəsində baş verir. Psixologiya ilə əlaqəsi yoxdur. Çox əsəbləşəndə, mütəmadi spirtli içkilər qəbul edəndə, çoxlu dərman qəbul edəndə də epilepsiya təhlükəsi yaranır.

loading...

Epilepsiyanın əsas əlaməti təkrarlanan epilepsiya tutmaları olan, müəyyən zamanlar şəxsiyyətin dəyişilməsinin xüsusi tipi və psixi pozuntularla müşayiət edilən xəstəliklər qrupudur. Yüngül epilepsiya tutmaları zamanı insan ətraf mühitlə əlaqəni itirir, ancaq ətrafdakılar bunu hiss etməyə bilər.

Epilepsiyanın dəqiq yaranma səbəbi bilinmir. Əsas səbəblər arasında doğuş travmaları, qəzalar, bədbəxt hadisələrə bağlı kəllə-beyin travmaları, yuxarı yaşlarda beyin damarlarında rast gəlinən anomaliyalar, beyin iltihabları, şişlər və alkoqolu göstərmək olar. Epilepsiya uşaqlıq yaşlarından istənilən yaşda yarana bilər.

Xəstəliyin bir çox tutma tipi var. Qısa göz dalmaları absans, bədənin hər hansı bir hissəsində qıcolma fokal tutmalar adlandırılır. Tutmazamanı bütün bədən boyu spazmlar, sidiyin qaçırılması, ağız köpüklənməsi yayğın tutmalar adlandırılır. Bu zaman beynin böyük bir hissəsindəki neyronlarda boşalma olur.

Fokal epileptik tutmalar zamanı şüur açıq yaxud qapalı ola bilər.  Bəzənbədənin təsirlənmiş nahiyələrində tez-tez, qüvvətli və şiddətli qıcolmalar baş verir. Klonik epileptik tutmalar zamanı əzələr davamlı olaraq yığılır və boşalır.

Absans epileptik tutmalar baş verdikdə insan hissizləşir, baxışları məna ifadə etmir, ancaq bir nöqtəyə baxaraq ilişib qalır. Qısamüddətli yaddaş itkisi keçirir. Belə tutmalar daha çox uşaqlarda rast gəlinir.

Epilepsiya dərmanlarla müalicə olunur, bu zaman tutmalar 70% azala bilər. Dərman müalicəsinə tabe olmayan xəstələrdə olur. Uşaqlıq epilepsiyaları yaşla öz-özünə də keçə bilir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...