EPİDEMİOLOGİYA TERMİNLƏRİ

Antropogen amillər – insanın fəaliyyəti nəticəsində törənən amillər olub biosenotik əlaqələrin pozulmasına gətirib çıxarır.

İnfeksiya makro və mikroorqanizmin qarşılıqlı əlaqəsinin mürəkkəb patofizioloji proses olub geniş diapazonda dəyişir – simptomsuz törodicigəzdirənlikdən yoluxucu xəstəliyin ağır formalarına qədər. Bu termin həmçinin yoluxucu xəstəliyin törədicisini, onun makıoorqanizmə daxil olmasını, orqanizmdə törədicinin lokalizasiyasını ifadə etmək üçün işlədilir.

İnfeksiya mənbəyi patogen mikıoorqanizmlərin çoxaldığı və toplandığı insan və ya heyvan orqanizmi olub, buradan törədicilər ətraf mühitə xaric edilir və həssas orqanizmə daxil ola bilirlər.

loading...

Yoluxucu xəstəliklərin lörədicigəzdirənliyi – infeksıon prosesin formalarından biridir, bu zaman törədicilərin insan və heyvan orqanizmində parazitlik etməsi klinik təzahürlərsiz baş verir və törədicilərin ətraf mühitə ifraz olunması ilə müşayiət edilir; patogcnin növündən asılı olaraq «bakteriyagəzdirmə», «virusgəzdirmə», «hclmintgəzdirmə» ayırd edilir.

Pandemiya, qlobal epidemiya, dünyanın bir çox ölkələrində xəstəliyin yayılmasına deyilir.

Skrininq əhalinin hamısının və ya müəyyən hissəsinin (kontingentinin, kollektivin) eynianlı müayinəsidir.

Ekzotik infeksiyalar epidemik prosesin saxlanması üçün labüd olan şəraitin olmaması üzündən həmin yerə xas olmayan yoluxucu xəstəliklərdir.

Təcili profilaktika törədicinin daxil olduğu orqanizmdə infeksion prosesin inkişafının qarşısının alınması məqsədilə qoruyucu preparatların yeridilməsidir.

Təcili bildiriş yoluxucu (parazitar) xəstəliklərin qeydiyyatı zamanı əsas xəbərdaredici sənəddir, yoluxucu xəstəliklə xəstə və ya törədicigəzdirən aşkar edildikdə, həmçinin qida və ya kəskin peşə zəhərlənməsi olduqda sanitarepidemioloji xidmət idarəsinə göndərilir.

Endemik infeksiyalar epidemik prosesin saxlanması üçün labüd olan təbii və ya sosial şəraitlərin yaranması ilə əlaqədar müəyyən yer üçün xas olan yoluxucu xəstəliklərdir.

Epidemioloji məlumat konkret ərazidə epidemioloji şəraiti və yoluxucu (parazitar) xəstəliklərlə mübarizə və profilaktika tədbirlərinin vəziyyətini səciyyələndirən qeydiyyat və hesabat məlumatlarının, arayış, xəbər, icmal və s. kompleksidir.

Epidemioloji təhlil epidemioloji diaqnozun qoyulması məqsədilə epidemik prosesin öyrənilməsi üçün spesifik üsul və metodların işlədilməsidir.

Opretativ epidemioloji təhlil  müəyyən ərazidə epidemioloji şəraitin öyrənilməsi olub epidemik prosesin idarə edilməsi üzrə operativ qərarların qəbul edilməsi məqsədilə həyata keçirilir.

Retrospekliv epidemioloji təhlil tədqiqat anından əvvəlki müddət ərzində həmin ərazidə epidemioloji şəraitin öyrənilməsi olub profilaktik və əksepidemik tədbirlərin təkmilləşdirilməsi və epidemioloji proqnozların işlənib hazırlanması üçün aparılır.

Epidemioloji metod – epidemik prosesin yaranması, inkişafı, məhdudlaşdırılması və ləğv edilməsinə dair məlumatların təhlilini və sintezini təmin edən spesifik üsul və vasitələrin cəmidir.

Epidemioloji nəzarət müəyyən ərazidə yoluxucu xəstəliklərin epidcmik prosesi üzərində dinamik (fasiləsiz) və kompleks izləmə sistemidir, buraya epidemioloji məlumatın toplanması, verilməsi, təhlili və qiymətləndirilməsi daxildir. O, profilaktik və əksepidemik tədbirlərin təkmilləşdirilməsi və effektiliyinin artırılması üzrə tövsiyələrin işlənib hazırlanması məqsədilə aparılır.

Epidemioloji proqnoz – yoluxucu xəstəliklərin yayılmasının yaxın və uzaq gələcəkdə inkişafı (və ya ləngiməsi) haqqında söylənən proqnozdur.

Epidemioloji müayinə (epidemik ocağın müayinəsi) epidcmik ocağın yaranmasının səbəb və şərtlərinin aşkar edilməsi, onun məhdudlaşdırılması və ləğv edilməsi üzrə hazırlanmış tədbirlər sistemidir.

Yoluxucu xəstəliklərin epidemiologiyası – epidemik prosesin yaranması və inkişaf qanunauyğunluqları və onun məhdudlaşdırılması və ləğv edilməsi haqqında elmdir.

Qeyri-yoluxucu xəstəliklərin epidemiologiyası – əhalinin sağlamlıq vəziyyətinə təsir göstərən müxtəlif mənşəli qeyri-kütləvi pozğunluqların və somatik xəstəliklərin yaranması və yayılmasının qanunauyğunluqlarını epidemioloji metodun vasitəsilə öyrənən istiqamətidir.

Epidemik proses – əhali arasında spesifik infeksion halların (klinik təzahür edən xəstəlik və ya törədicigəzdirənlik) yaranması və yayılması prosesidir. Onun bioloji əsasını paıazitar sistem təşkil edir.

Epidemiya epidemik xəstələnmənin bir forması olub bütün əhalinin və ya onun ayrı-ayrı qruplarının yoluxucu  xəstəliklərlə kütləvi yoluxmasıdır.

Bundan başqa, epidemik alovlanmalar və ya qı upşəkilli xəstələnmə (ailədə, məktəb, istehsalatda və s.) ayırd edilir.

«Epizootiya», «panzootiya» və «enzootiya» terminləri törədicinin heyvanlar arasında dövranı prosesində «epidcmiya», «pandemiya» və «endemiya» terminlərinə uyğundur.

Epidemiologiya, Bakı 2011

loading...

Bunlarıda bəyənə bilərsiniz ...