ENDOMETRİOZ NƏDİR

endometriozEndometrioz uterusun astarlı hissəsində normal olan toxumanın uşaqlıq boşluğundan kənar bir yerdə böyüməsidir. Yumurtalıqlarda, bağırsaqların, uşaqlığın və ya digər orqanların üzərində əmələ gələ bilər. Menstruasiya dövründə artan hormon səviyyəsi həmin endometrium ocaqlarının böyüməsinə, bərkiməsinə, ağrılı olmasına və nəhayət yara əmələ gəlməsinə səbəb ola bilər. Təkcə Amerika Birləşmiş Ştatlarında 5,5 milyondan çox qadında endometrioz aşkarlanıb.

Endometriozun ən çox görülən simptomları menstruasiya zamanı və ya sonrasında baş verən ağrılardır. Ağrı cinsi əlaqə zamanı, sidik ifrazı zamanı və ya defekasiya zamanı da ola bilər. Bəzi qadınlarda kəskin ağrılar ola bilər ki, bu da hətta onların işgörmə qabiliyyətini məhdudlaşdıra bilər. Bəzən qadınlarda belin aşağısında və çanaq boşluğunda xroniki ağrılar da yaranır. Digər qadınlarda simptomlar çox həfif ola bilər və ya xəstəliyin heç bir əlaməti olmaya da bilər.

Qadınların əksəriyyətində menstruasiya vaxtı müxtəlif intensivlikli ağrılar ola bilir ki, bu vaxt çox qadın ağrıkəsici dərmanlardan istifadə edir. Və artıq qadınlar arasında belə fikir formalaşıb ki, menstruasiya zamanı ağrılar normaldır. Lakin sizin adet ağrılarınız davamlıdırsa, siddətlidirsə, normal həyat fəaliyyətinizi məhdudlaşdırırsa və ya 2 gündən artıq davam edirsə mütləq doktorunuza müraciət edin.

loading...

Uşaqlıq endometriozun yaranma səbəbləri yaxşı öyrənilməmişdir. Anadangəlmə faktorlar da rol oynayır və sübut olunub ki, endometriyal hüceyrələrin bəzi yerlərə keçişi doğuş zamanı da baş verə bilər. Endometriyal hüceyrələr menstrual qanamalarda, əməliyyatlar zamanı və ya qan vasitəsilə anormal bölgələrə gedə bilər. İmmünoloji faktorların azlığı, immun sistemindəki bir qüsur yanlış yerleşen endometriyal hüceyrələrin aradan qaldırılmasını engelleye bilər.

Şiddətli menstrual ağrı, fibroid şişləri də daxil olmaqla, bir sıra xəstəliklərdə də yarana bilər. Fibroid şişləri, fibromioma, uterusun əzələ toxumasının qeyri-kanserogen tümorlarının inkişafı nəticəsində əmələ gəlir. Onlar normal menstruasiya vaxtı yaranan yüngülvari agrıdan fərqli olaraq daha çox ağrı verirlər, eyni zamanda qanaxmanın şiddətli olması da müşahidə edilir. Hər iki halda xəstəliyin əlamətləri oxşar olur. Belə hallarda düzgün differensasiyanı yalnız savadlı həkim apara bilər.

Endometrioz üçün risk faktorları müxtəlifdir:

30 yaş və 40 yaşlarında olanlar

Doğmayanlar

7 gündən artıq menstruasiyası olanlar

12 yaşından əvvəl menstuasiya olmağa başlayanlar

Qısa menstrual dövrü olanlar (28 gündən az)

Ailəsində yaxın qadın qohumlarında bu xəstəliyi olanlar

Əgər anadangəlmə bir problem yoxdursa bu xəstəliyə tutulmamaq üçün ən azından menstruasiya vaxtı fiziki aktiv olmaq, idmanla məşğul olmaq, cinsi əlaqədə olmaq məsləhət görülmür. Xəstəliyin ilk simptomlarında həkimə müraciət etmək məsləhətdir.

Endometrioz diaqnozu həkim tərəfindən simptomlardan şübhələnərək qoyulur və pasiyent müayinə olunur. Bura ginekoloji baxış, USG, KT, MRT aiddir. Hansı müayinə yolu daha uyğundur, o həkim tərəfindən qərar verilir. Cərrahi laparoskopiya da oluna bilər və bu zaman histoloji müayinə üçün biyopsiya da götürülə bilər.

Müalicəsində müxtəlif ağrıkəsicilər işlədilir ki, bunlar da simptomatik müalicə sayılır. Amma doğum kontrollu həblər, uşaqlığın selikli qişasının qaşınıb çıxarılması, bir az yaşlı qadınlarda hormonal terapiya ilə suni menopauza yaradılması, açıq cərrahi əməliyyat və s. önərilir. Qeyd etdiyim kimi bütün bünlar yüksək ixtisaslı ginekoloq tərəfindən təyin edilə bilər.

Gündəlik həyat tərzimizi və normal həyatımızı məhdudlaşdıran hər bir problemi həll eləmək mümkündür, yalnız problemləri böyüdüb çətin həll edilən vəziyyətə çatdırmamaq şərtilə.

Dr. Aygün Sayılova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...