ELMİ İDRAKIN MAHİYYƏTİ VƏ FUNKSİYALARI

Müasir təbiətşünaslıq özünün inkişaf tarixi boyunca həmişə istifadə etdiyi metodlann və qazanılmış fundamental nəticələrin fəlsəfi interpretasiyası ilə üzvi surətdə bağlı olmuşdur. Təbiətşünaslıq və fəlsəfənin əlaqəsi təsadüfi olmayıb, insan biliyinin bu iki mühüm sahəsinin tədqiqat obyektinin ümumiliyindən, həm təbiətşünaslığın, həm də fəlsəfənin eyni bir obyektin-bütün tərəfləri, qarşılıqlı təsirləri, atributları ilə vəhdətdə götürülən təbiətin öyrənilməsindən irəli gəlir.

İctimai şüur forması və insan biliyinin ən qədim fonnalarmdan olan fəlsəfə təbiət, cəmiyyət, təfəkkür və idrakın ən ümumi inkişaf qanunları haqqında elm, elementar hissəciklərdən tutmuş canlı orqanizmlərin həyat fəaliyyətinə- dək ən müxtəlif proses və hadisələri öyrənən təbiətşünaslıq isə təbiət haqqında elmlərin differensiallaşmasından və inteqrallaşmasından yaranan yüzlərlə fənlərin, bilik sahələrinin məcmusudur.

Təbiət, cəmiyyət, texnika, təbabət elmlərinin nailiyyətlərini ümumiləşdinnək əsasında fəlsəfə tam sintetik dünyagörüşü kimi çıxış edir. Fəlsəfə idrak nəzəriyyəsi və məntiq təlimi olmaq etibarilə dünyanın dərk edilməsi məntiqinin, elmin inkişafının metodoloji problemlərinin öyrənilməsində təbiətşünaslığa həmişə yaxından kömək edir, fizikanın, biologiyanın, kimyanın, astrofizikanın, geologiyanın və s. təbiət elmlərinin konkret faktlarının ümumiləşdirilməsi və təbii-elmi kəşflərin əhəmiyyətinin açılıb göstərilməsi üçün onları ümumnəzəri və metodoloji əsaslar ilə təmin edir.

loading...

Keçmişdə təbiət elmlərinin interpretasiyası ilə kifayətlənən fəlsəfə hazırda elmi tədqiqatın tam hüquqlu iştirakçısına çevrilərək bir sıra hallarda müxtəlif təbii-elmi fərziyyələrdən və mülahizələrdən hansını seçmək lazım gəldiyini müəyyənləşdirməyə imkan verməklə, demək olar ki, təbii-elmi meyar rolunda çıxış edir. Eyni zamanda təbiətşünaslıq da fəlsəfənin inkişafında az rol oynamır; təbiətşünaslıq fəlsəfənin nəzəri ümumiləşdirmələr etməsi, materiyanın inkişafının ümumi qanunauyğunluqlarını açması, onların nəzəri müddəalarını əsaslandırması, qanun və kateqoriyalannm məzmununu zənginləşdirib inkişaf etdirməsi üçün ona canlı qida, yeni-yeni faktlar verir.

Aləmin inkişaf qanunauyğun- luqlannı açmağı məqsəd qoyan təbiətşünaslıq nəzəri təfəkkürə müraciət edərək fəlsəfi xarakterli, geniş diapazonlu ümumiləşdinnələr apanr. Beləliklə, fəlsəfə və təbiətşünaslıq bir-birinə qarşılıqlı nüfuz edərək, bir- birini qarşılıqlı surətdə zənginləşdirir. Fəlsəfə və təbiətşünaslığın qarşılıqlı əlaqəsi və dünyanın təbii-elmi mənzərəsinin zənginləşməsində dialektika prinsipləri mühüm rol oynayır. Bu prinsipləri rəhbər tutaraq biz fəlsəfə və təbiətşünaslığın qarşılıqlı əlaqəsi probleminə yanaşmanın dörd əsas aspektini fərqləndirə bilərik. Birinci aspekt fəlsəfi aspekt adlanır.

Fəlsəfə və təbiətşünaslığın qarşılıqlı əlaqəsinin fəlsəfi aspektinin son və ali məqsədi bu iki bilik sahəsinin qarşılıqlı əlaqəsinin dialektik təbiətinin açıqlanmasından ibarətdir. İkinci aspekt təbii-elmi aspekt adlanır. Bu halda fəlsəfə və təbiətşünaslığın münasibətinə, tarixi zərurət kimi çıxış edən və hər birinin özünəməxsus inkişaf qanunu olan elmlərin qarşılıqlı təsiri kimi baxılır. Üçüncü aspekt məntiqi-qnoseoloji aspekt olub, mahiyyət etibarilə təbii-elmi materialın mənimsənilməsi və kateqorial aparatın inkişafı əsasında təfəkkürün tərəqqisinin təhlili ilə bağlıdır. Dördüncü aspekt sosial-ideoloji aspekt adlanır.

Bu aspektin hüdudlarında fəlsəfə və təbiətşünaslığın qarşılıqlı əlaqəsi, dünyagörüşü və biliyin məzmunu baxımından təhlil olunur. Bütün bu aspektlərlə yanaşı fəlsəfə və təbiətşünaslığın qarşılıqlı əlaqəsi həm də bütöv bir tamlıq kimi təzahür edir. Buna görə də mütləqləşdirilməsi yolverilməz olan aspektlərlə bərabər problemin bütövlük xarakteristikası və ona kompleks yanaşma da qorunub saxlanılır.

Beləliklə, fəlsəfə və təbiətşünaslığın bir-birinə qarşılıqlı nüfuz etməsi təsadüfi hadisə olmayıb, fəlsəfə və təbiətşünaslığın fəaliyyət göstərdiyi elmi mühitin tələbidir. Bunu zəmanəmizin bir sıra görkəmli təbiətşünaslan da dönə- dönə qeyd etmişlər. İyirminci yüzilliyin ən böyük fiziki, məşhur nisbilik nəzəriyyəsinin yaradıcısı Albert Eynşteyn (1879-1955) demişdir: “Bizim zəmanəmizdə fizik fəlsəfi problemlərlə əvvəlki nəslin flziklərinə nisbətən daha çox məşğul olmağa məcburdur.

Zira fizikləri buna məcbur edən səbəb onların məşğul olduqları elmin çətinlikləridir”. Dünyanın dərk edilməsi prosesi özünün ən yüksək və təmərküzləşmiş ifadəsini elmdə tapır. Elm – insan fəaliyyətinin tarixən qərarlaşmış, gerçəkliyin dərk olunmasına, onun praktiki dəyişdirilməsinə yönəldilmiş formasıdır. Məqsədyönlü seçilmiş və sistemləşdirilmiş faktlar, məntiqi cəhətdən əsaslandırılmış fərziyyələr, ümumiləşdirilmiş nəzəriyyələr, fundamental qanunlar, ideyalar, prinsiplər, elmi tədqiqatın metod və üsulları onun məhsuludur.

Elmə üç baxımdan yanaşmaq olar: elm – eyni zamanda həm bilik sistemi, həm mənəvi istehsal, həm də bunların əsasında həyata keçirilən praktiki fəaliyyətdir. Elmin predmeti tədqiq olunur, metodu isə necə tədqiq olunur sualına cavab verir. Gerçəkliyin və ictimai praktikanın keyfiyyət müxtəlifliyi insan təfəkkürünün çoxplanlı xarakterini və elmi idrakın müxtəlif sahələrini müəyyənləşdinnəklə sübut edir ki, elmi idrak təkcə insan şüurundan kənarda mövcud olan predmet və hadisələri, hərəkət və qarşılıqlı təsirləri deyil, həm də onların şüurdakı inikasını, insanı, onun bioloji və sosial tərəflərini, zəngin və təkrarsız mənəvi dünyasım, rasional və qeyri-rasio- nal, şüuri və qeyri-şüuri proseslərini də təmsil edir.

Elmin yaranması tarixi haqqında fəlsəfi və təbii-elmi ədəbiyyatda müxtəlif nöqteyi-nəzərlər mövcuddur.

  1. Elm insanın praktiki fəaliyyət təcrübəsi kimi iki mln il bundan əvvəl daş dövründə, ibtidai insanın praktiki əhəmiyyətli biliklər əldə etdiyi və onları sonrakı nəsillərə ötümıək vərdişləri qazandığı bir şəraitdə meydana gəlmişdir.

  2. Biliyin dini-mifoloji təfəkkürdən fərqlənən sübut növü kimi elm e.ə. V əsrdə qədim Yunanıstanda meydana gəlmişdir.

  3. Elm orta əsr mədəniyyətinin çiçəkləndiyi, təcrübi biliyin əhəmiyyətinin dərk olunduğu bir dövrdə R. Qrrossetest, R. Bekon və başqa kilsə xadimlərinin yaradıcılığında İngiltərədə yaranmışdır.

  4. Elm XVI-XVII əsrlərdə Avropada, Q. Qaliley, İ. Kepler, X. Huygens, R. Huk, İ. Nyuton və başqa alimlərin işləri meydana gəldiyi bir zamanda yaranmışdır. Qeyd edək ki, elmin sosial şərtlərinin yaranması da məhz həmin dövrə təsadüf edir.

  5. Elm XIX əsrin üçüncü rübündə, ümumelmi tədqiqat proqramı əsasında ali təhsili tədqiqat fəaliyyəti ilə əlaqələndirmək mümkün olduğu bir şəraitdə meydana gəlmişdir.

Bu baxımdan elmin yaradıcıları alman təbiətşünasları V. Humbolt və Y. Libix sayılmalıdır. Elmin yaranması haqqında yuxarıda deyilənləri yekun- laşdınb belə qənaətə gəlmək olar ki, elm ayn-ayrı alimlərin spesifik fəaliyyət növü kimi e.ə. V əsrdə, mükəmməl sosial mənəvi törəmə kimi isə XVII əsrdə yaranmışdır. Ayn-ayrı alimlərin spesifik fəaliyyət növü kimi elm quldarlıq cəmiyyətində maddi istehsalın daxili tələblərindən törəmiş və sonralar cəmiyyətin inkişafının çox güclü stimullarından birinə çevrilmişdir.

İctimai şüurun icma cəmiyyətində təşəkkül tapmış din, əxlaq, incəsənət kimi daha qədim formalarından xeyli sonralar ictimai münasibətlər zəminində meydana gəlmiş elmin qərarlaşması əsasən üç obyektiv şərtlə – empirik biliklərin toplanması, zehni əməyin fiziki əməkdən ayrılınası və abstrakt təfəkkürün inkişafında müəyyən səviyyənin əldə edilməsilə bağlı olmuşdur.

Elmin inkişaf tarixi göstərir ki, hər bir konkret elm sahəsi meydana gəlməzdən xeyli əvvəl onun yaranması üçün zəruri olan empirik biliklər toplanmalıdır. Müxtəlif nəsillərin səyləri ilə yaradılan və tədricən toplanan həmin biliklər sonradan nəsillərdən-nəsillərə ötürülərək mənəvi sərvətlərin təkrarsız nümunəsi kimi insanların praktiki və nəzəri fəaliyyətində geniş istifadə olunmuşdur.

Elmi idrakın meydana gəlməsi bəşəriyyətin əqli inkişafının yalnız müəyyən mərhələsində, ilk sinifli cəmiyyət olan quldarlıq quruluşunda ictimai əmək bölgüsü zəminində zehni əməyin fiziki əməkdən ayrılınası sayəsində mümkün olmuşdur. Elmin yaranması üçün fiziki əməkdən, yaşamaq üçün zəruri olan maddi nemətlərin əldə edilməsi qayğısından tamamilə azad olan, bütün bacarıq və imkanlarını bilik əldə edilməsinə sərf edən aynca bir sosial qrupun mövcud olması zəruri idi.

Elmin yaranması üçün habelə abstrakt təfəkkür də müəyyən inkişaf mərhələsinə çatmalı idi. Artıq quldarlıq cəmiyyətində abstrakt təfəkkürün inkişafı elə bir məntiqi aparat yaratmışdı ki, bunsuz elm, ümumiyyətlə, mövcud ola bilməzdi. İnsanlarda mücərrəd düşünmək qabiliyyəti bəşəriyyətin inkişafının hələ ilk çağlarında, elmi biliklərin yaranmasından xeyli əvvəllər fonnalaşmışdı. Belə bir qabiliyyətə qədim insanların dini fantaziyalannda və mifoloji baxışlarında rast gəlmək olar.

Lakin abstraksiyalann şüurlu ifadəsinə və onların təşəkkül prosesinin dərk edilməsinə insanlar yalnız sonralar, həm də elmi idrakın yaranması ilə əlaqədar nail olmuşlar. Elm ancaq insanların empirik fəaliyyətinin verdiyi materialların təhlilindən və ictimai praktikanın inkişafından çıxarılan ilk abstraksiyalann, tədqiqat obyektinə çevrilməsindən və onlara əsaslanan üsul və qaydaların dərk edilməsindən sonra meydana gəlmişdir.

Məntiqi anlayışların yaranması prosesinin təhlili göstərir ki, insan praktikası milyon dəfələrlə təkrar olunaraq şüurda məntiqi fiqurlar, mücərrəd anlayışlar halında təsbit olunmuşdur. İnsan məntiq elmindən, onun qayda və üsullarından çox-çox əvvəllər istifadə etməyə başlamışdır.

Buna görə də elm ilə biliyi müəyyən mənada bir-birindən fərqləndinnək lazımdır. İnsanlar elm yaranmazdan xeyli əvvəllər də çox şey bilir, çox şey etməyi bacarırdılar. Onlar kimyanın və metallurgiya nəzəriyyəsinin yaranmasından xeyli əvvəllər metal əritməyi, ərintilər hazırlamağı, biologi ya müstəqil elm kimi təşəkkül tapmazdan xeyli qabaq bitkiləri calaq və heyvanları seleksiya etməyi, taxıl əkməyi, zəhərli bitkiləri dərman bitkilərindən fərqləndinnəyi bacarırdılar.

İctimai praktika zəminində yaranan bu biliklər nadir mənəvi dəyərlər kimi nəsillərdən nəslə ötürülərək daha da inkişaf etdirildikcə, elm ictimai şüur fomıası, insanın təbiət və cəmiyyətin dəyişdirilməsinə doğru yönələn fəal, məqsədyönlü fəaliyyəti, onun təbii ehtiyacı kimi yaranırdı.

Gerçəkliyin dərkinin ən yüksək forması kimi elmin spesifikliyi məhz bunda olmuşdur ki, o həm gerçəkliyin obyektiv qanunlarını, həm də onların şüurdakı inikasını ifadə edirdi. Gerçəkliyin dərk olunması empirik və nəzəri xarakterli ola bilər. Ayrı-ayrı hadisələrin hissi qeydiyyatından kənara çıxmadığı bütün hallarda empirik idrak elm sayıla bilməz.

Elm dedikdə, birinci növbədə, hissi-empirik məlumatları təhlil edən, onları yenidən işləyib ümumiləşdirən, abstraktlaşdırma, ümumiləşdirmə, abstraktdan konkretə yüksəlmə və s. metodlar əsasında elmi anlayışları, o cümlədən kateqoriyaları işləyib hazırlamağı bacaran nəzəri idrak başa düşülür. Özünün nisbətən yüksək inkişaf etmiş formasında götürülən hər bir konkret elm idrak obyektinin qanuna- uyğunluqlannı adekvat əks etdirən və özləri də qarşılıqlı əlaqələnən, məzmunca zənginləşən anlayışlar sistemidir.

Elmin qərarlaşmasmda obyektiv səbəblərlə yanaşı bir sıra subyektiv amillər, o cümlədən, idraka olan şəxsi maraq, onun inkişafına göstərilən təşəbbüsü idarə edən mənafelər, bilavasitə praktiki əhəmiyyətli suallara axtanlan cavablar da az əhəmiyyət kəsb etmir. Təbii və sosial proseslərin qanunauyğunluqlarını əks etdirən elm təbiət, cəmiyyət, təfəkkür və idrak haqqında empirik və nəzəri biliklər sistemidir.

İctimai şüur forması olmaq etibarilə elm sosial həyatın bütün sahələri, o cümlədən, ictimai istehsal və praktikanın inkişafı ilə bağlıdır. Buna görə də elmin mühüm xarakteristikalarından birini də onun ictimai istehsalla əlaqəsi təşkil edir. Elmin inkişaf tarixini izləmək əsasında onun ictimai istehsalla qarşılıqlı əlaqəsinin 3 əsas mərhələsini seçib ayırmaq olar.

Bu əlaqənin birinci mərhələsini (quldarlıq və feodal istehsalı) səciyyələndirən başlıca cəhət-istehsal prosesində elmi biliklərdən, dərk olunmuş təbiət qanunlarından korkoranə istifadə edilməsidir. Elm və istehsalın inkişafının bu mərhələsində istehsal, demək olar ki, elmə qədərki empirik biliklərə əsaslanmış, yenicə yaranmağa başlayan elm isə istehsala mühüm təsir göstərə bilməmişdir.

Bu vəziyyət əmək alətlərinin və bütövlükdə istehsalın zəif inkişaf etməsinin əsas səbəblərindən biri olmuş və bunun nəticəsində XVIII əsrin axırlarına qədər insanlar xış, kotan, toxucu əl dəzgahı kimi min illik tarixi olan primitiv əmək alətlərindən istifadə etmiş. Antik və feodal istehsalında elmin nailiyyətlərinin texnologiyaya tətbiqi, demək olar ki, məlum deyil.

Elmistehsalın qarşılıqlı əlaqəsinin ikinci mərhələsi manufakturalardan maşmiı istehsala keçilməsilə bağlıdır. Elmi biliyin differensiallaşmasmm baş verdiyi bu mərhələdə astronomiya, mexanika, riyaziyyat, kimya, biologiya, sosial ekologiya elmləri natur fəlsəfədən ayrılaraq müstəqil inkişaf yoluna qədəm qoymuş, istehsalda tətbiq olunan texnoloji proseslərlə bağlı olaraq texniki elmlərin təşəkkülü prosesi başlanmışdır. Bu dövrdə buxarın və elektrik enerjisinin gücündən cəmiyyətin tərəqqisi naminə istifadə olunması elmi nailiyyətlərlə sıx bağlı olan texniki tərəqqiyə, maşın şəklində çıxış edən əmək vasitələri isə insana öz əzəli qüvvəsini təbiət qüvvələri ilə əvəz etməyə imkan vennişdir.

Bu mərhələ dərk olunmuş təbiət qanunlarının və nəzəri biliklərin qismən də olsa məhsuldar qüvvələrin inkişafına, ictimai istehsala tətbiqi ilə səciyyələnir. Lakin bu dövrdə elmin istehsala şüurlu tətbiqi istehsalın təşkil və inkişaf etdirilməsindən daha çox əmək alətlərinin və maşmlann yaradılmasına aid idi. Təbiətin yeraltı sərvətlərinin və təbii enerji mənbələrinin (su, külək, kömür, neft və s.) başlıca əmək predmetləri sayıldığı bir şəraitdə istehsal prosesi əsasən empirik biliklərə əsaslanırdı. Məsələn, empirik biliklər əsasında yaradılmış buxar maşınının istehsala tətbiqi XVIII əsrin sonlarında başlansa da, buxar maşını nəzəriyyəsi (Kamo tsikli) yalnız XIX əsrdə yaradılmışdır.

İstehsalın müxtəlif sahələrinə geniş miqyasda tətbiq olunmasına baxmayaraq elm bu dövrdə hələ də tətbiq və köməkçi rol oynayaraq yalnız istehsal təcrübəsini ümumiləşdirmək və alimlərə artıq çoxdan məlum olan qanunları fonnula etməklə məşğul olurdu. Texniki sahədə aparılan nəzəri ümumiləşdinnə- lərin istehsalın inkişafını qabaqlaya bilməməsi isə buna gətirib çıxannışdı ki, elm yalnız istehsalın arxasınca irəliləyir, lakin özünə müstəqil cığırlar aça bilmirdi. Elm və istehsalın qarşılıqlı əlaqəsinin üçüncü mərhələsi 20-ci yüzilliyə təsadüf edir.

Bu mərhələdə elm öz inkişafında istehsal prosesini ötüh keçmiş, elmi-texniki inqilab və elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsi baş vermiş, nəzəri elmlər (nüvə fizikası, nəzəri kibernetika, polimerlər kimyası və s.) sahəsində baş venniş fundamental kəşflər sayəsində yeni istehsal sahələri yaranmışdır. İnsan idrakının mühüm fonualanndan biri olmaq etibarilə elm bir sıra sosial funksiyalara malikdir. Sabit və dəyişməz qalmayıb, elmin özü kimi tarixi təkamülə uğrayan bu funksiyalar içərisində üçünü xüsusi qeyd etmək olar; a) elmin mədəni-dünyagörüşü funksiyası; b) elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsindən irəli gələn funksiyası; c) elmin sosial qüvvəyə çevrilməsindən irəli gələn funksiyası.

Müasir dövrdə elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsi aşağıdakı cəhətlərlə səciyyələnir.

  1. İstehsalın genişlənməsi və ictimailəş- məsilə əlaqədar olaraq elmin istehsal prosesində rolu artmış, praktiki olaraq hər şey, hər bir proses onun predmetinə çevrilmişdir.

  2. Müasir elmi tədqiqatlar istehsal təcrübəsini yalnız ümumıləşdinnəklə kifayətlənməyib, həm də onları qabaqlayaraq yeni istehsal sahələrinin yaradılmasına səbəb olur.

  3. Hazırda istehsal olunan ictimai sərvətlərin məcmusu sərf olunan əməyin kəmiyyətindən daha çox elmi biliklərin inkişaf səviyyəsindən və onların istehsala tətbiq olunma dərəcəsindən asılıdır. Bunu da nəzərə almaq lazımdır ki, elmi bilik müxtəlif texniki vasitələrdə (maşınlar, qurğular və s.) maddiləşir.

  4. Maddi nemətlərin istehsalçılarının elmi biliklərə getdikcə daha çox yiyələnməsi onların əmək fəaliyyətini elmi-texniki’fəaliyyətə daha çox yaxınlaşdırır. Elmi-texniki tərəqqi ilə əlamətdar olan müasir dövrdə elm özünün üçüncü funksiyasını kəsb edərək cəmiyyət həyatında böyük sosial qüvvəyə çevrilmişdir. Elmin sosial funksiyası özünü belə bir cəhətdə göstərir ki, hazırda elmin nəticələrindən və metodlarından sosial və iqtisadi inkişafın qlobal miqyaslı proqram və planlarının tərtib edilməsində geniş istifadə olunur.

Elmin sosial qüvvəyə çevrilməsi dövrümüzün qlobal problemlərinin həlli üçün də mühüm əhəmiyyət kəsb edir. Hazırda elmi-texniki tərəqqi insan və cəmiyyət üçün son dərəcə təhlükəli olan bir sıra neqativ hadisələrə: təbii ehtiyatların tükənməsinə, torpağın, suyun, havanın çirklənməsinə səbəb olmuşdur. Bütün bu çətinliklərin aradan qaldırılmasında elmin rolu, sözsüz ki, böyükdür. Elmi bilik adi bilikdən aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir:

  • gündəlik həyat praktikasının verdiyi məlumatlarda təmsil olunan adi bilikdən fərqli olaraq, elmi idrak ümumi, zəruri və sistemli bilik verir. Elmi biliyin praktikada yoxlanıla və təkzib oluna bilməsi, məntiqi cəhətdən əsaslandırıla və eksperimentdə reallaşdırıla bilməsi onu fəlsəfi dünyagörüşündən və dini-bədii baxışlardan fərqləndirir;

  • elmi idrak universal səciyyə daşıyıb sərəncamında olan metod və vasitələrlə predmet və hadisələri dərk etməyə çalışır. İdrak obyekti olmaq etibarilə dinin, incəsənətin də tədqiqi elmi xarakterli ola bilər. Lakin bu halda incəsənət haqqında elm olan sənətşünaslıq ilə incəsənəti, din haqqında elm olan dinşünaslıq ilə dini qarışdırmaq olmaz. Müasir elm üçün ixtisaslaşma və differensiasiya ilə yanaşı elmlərin inteqrasiyası, onların bir-birinə qovuşması, birləşməsi də səciyyəvidir;

  • elmi bilik dünyanı səbəb və nəticənin, imkan və gerçəkliyin, zərurət və təsadüfün, arasıkəsilməzlik və arasıkəsilənliyin, keyfiyyət və kəmiyyətin və b. vəhdətilə təsvir edən prinsip və kateqoriyalar sisteminə söykənir. Yeni nəzəriyyələrin axtarışı zamanı elm bəzi əsrlərdən bəri qərarlaşmış biliklərin əsaslarının yenidən, həm də əsaslı surətdə nəzərdən keçirilməsinə ehtiyac duyur. Xüsusilə elmi inqilablar dövründə hərəkət, məkan, zaman, qanunauyğunluq, struktur, səbəbiyyət və başqa fəlsəfi kateqoriyalar haqqında standart təsəvvürlərin dəyişdirilməsinə kəskin zərurət yaranır.

Adətən belə situasiyalarda empirik yoxlama və məntiqi sübut metodları, üsulları kifayət etmədiyindən ümumi müddəalara söykənən bu məntiqi əməliyyatların özlərinin yenidən yoxlanılmasına ehtiyac duyulur. Buna görə də elmin sələfləri sayılan alimlərin dünyagörüşü fəlsəfi, etik, estetik, hətta dini doktrinalann başa düşülməsi gedişində formalaşır. Məsələn, müasir amerikan alimi F.Kapra «Daofizika» adlı orijinal fəlsəfi konsepsiyasını mədəniyyətin müxtəlif nümunələri, o cümlədən elementar hissəciklər və sahə nəzəriyyəsi, qədim hind və çin fəlsəfi sistemləri, müxtəlif psixologiya təlimləri əsasında yaratmışdır;

  • dini inamdan fərqli olaraq, elm də yaradıcılıq axtarışlarının azad olması, zəkaya olan dərin inamı, möcüzələrə uymadan dünyanı izah etmək bacarığı ilə xarakterizə olunur. Elmi yaradıcılıq tədqiqatçıdan soyuq qanlılıq, vicdan, iradə, cəsarət tələb edir. Buna görə də alimin şüuru, təfəkkürü təkcə hesablama və yoxlama aktlarına aid edilə bilməz, onun idrakı həqiqətə məhəbbəti, biliyin mənəvi dəyərlərinə inamı, mürəkkəb emosional-iradə fəaliyyətilə xarakterizə olunur. Həqiqəti bütün mənəvi dəyərlərdən üstün tutan Aristotelin məşhur «Platon mənim dostumdur, ancaq həqiqət mənə daha əzizdir» kəlamı bütün dövrlər üçün əsl alim meyarını əks etdirən əvəzsiz sözlərdir.

  • elmi-nəzəri idrakın obyektləri real gerçəkliyin özünün predmet və hadisələri olmayıb, onların özünəməxsus analoqları – ideallaşdırılmış obyektləridir;

  • elmi idrakın mühüm əlamətlərindən biri də onun yeni biliyin alınması prosesinə və tədqiqat metodlarının fəaliyyətinə ciddi nəzarət etməsidir;

  • elmi idrak obyektin canlı təsvirini verən anlayışların mənasını və əhəmiyyətini qeydə alan dilin dəqiq, ciddi, binnənalı olmasını tələb edir;

  • elmi idrak kəşf olunmuş həqiqətlərin obyektivliyini, yəni onların dərk edən subyektdən asılı olmamasını tələb edir.

  • elmi idrak subyektin fəallığını, onun xüsusi hazırlığını da tələb edir. Elmi fəaliyyətə hazırlaşan hər bir tədqiqatçı idrakın tarixən qərarlaşmış vasitələrini mənimsəyərək onlarla davranmağın metod və üsullarını əxz edir. Subyektin elmi fəaliyyəti idrakın metod və üsulları ilə yanaşı dəyərli oriyentasiyaların və aydın məqsədlər sisteminin də olmasın tələb edir. Elmi idrakda biliyin duraıadan artması, zənginləşməsi, intensiv və ekstensiv inkişaf etdirilməsi də mühüm rol oynayır.

Müasir elm nəhəng bilik sahəsini – gerçəkliyin müxtəlif sahələrini tədqiq edən 15 minə yaxın elmi əhatə edir. XX əsrdə hər 10-15 ildən bir elmi informasiyaların həcmi 2 dəfə artırdı. Elmi-texniki inkişafın mühüm nailiyyətlərinin 90%-ni XX əsrdə edilmişdir. İndiyədək Yer üzərində yaşamış alimlərin 90%-i bizim müasirlərimizdir və onlann sayı 5 milyondan artıqdır. Yeni dövr fəlsəfəsinin görkəmli nümayəndəsi, ingilis filosofu F. Bekon hələ 4 əsr bundan əvvəl elmin mənəvi dəyərlərini yüksək qiymətləndirərək yazmışdı: «Bilik – qüvvədir».

Bütün zəmanələr üçün həqiqət kimi səslənən bu kəlam iyiraıinci yüzilliyin mənəvi həyatı üçün daha çox adekvatdır. Əks təqdirdə bu gün cəmiyyətin bütün sahələri elmi prinsiplər əsasında idarə edilir, insanın təbiət və cəmiyyətə münasibətini elmi materiallar üzərinə yönəldən bilik insanın intellektuallıq, cəmiyyətin isə sivilizasiya dərəcəsinin göstəricisinə çevrilir. Müasir elmin təşkili çox mürəkkəbdir.

Predmetlərin vəhdəti baxımından bütün elementləri vahid kompleks yaradan təbiət, ictimai, humanitar, texniki, antropoloji elmlərə bölünürlər. Təbiətşünaslıq – tədqiqat obyektini təbiət təşkil edən biliklərin və onların qazanılmasına göstərilən fəaliyyət sistemidir, ictimai elmlər – insan fəaliyyətinə daim yenidən hasil edilən cəmiyyət haqqında biliklər sistemidir. Humanitar elmlər – cəmiyyətin mənəvi həyatı, mənəvi dəyərləri haqqında biliklər sistemidir.

Humanitar elmlərin dairəsi çox genişdir: etika, dinşünashq, hüquq elmləri, sənətşünaslıq, pedaqogika və b. Texniki elmlər – fərdlərin, bəşəriyyətin öz həyat fəaliyyətinin müxtəlif sahələrində istifadə etdikləri texniki qurğuların yaradılması və istifadə edilməsinin qanunlarını öyrənən biliklər sistemidir. Antropoloji elmlər – insan haqqında, onun təbii və ictimai tərəflərinin vəhdəti və spesifikası haqqında mövcud elmlərin: fiziki antropologiya, fəlsəfi antropologiya, mədəni antropologiya, təbabət, kriminologiya və b. sistemidir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...